Icma.az
close
up
RU
DƏRD DANIŞMAQ NAZİRLİYİ?... Dövlətin haqqını ödədiyi məmur niyə “xidmət haqqı” yığır?

DƏRD DANIŞMAQ NAZİRLİYİ?... Dövlətin haqqını ödədiyi məmur niyə “xidmət haqqı” yığır?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa təklif edib ki, problemlərin həll edilməsi nazirliyi yaradaq.

Deputat vətəndaşların ayrı-ayrı nazirlik, dövlət komitələri arasında “səma rəqsində” olduğunu deyir, bir çox hallarda asan məsələləri həll etməkdə nə qədər vaxt itirdiyini vurğulayır. O, ASAN Xidmət modelinin vətəndaş məmnunluğunu ən yüksək səviyyədə təmin etdiyi xatırladır: “Bu model insanları bir çox hallarda korrupsiyadan xilas etdi. Artıq adi məsələləri həll etmək üçün saatlarla gözləməyə ehtiyac yoxdur", - deputat qeyd edib.

Şübhə eləmirəm ki, Fazil Mustafanın vətəndaşlara canı yanır, süründürməçi, korrupsioner məmurların toplaşdığı dövlət qurumlarını qınayır, çıxış yolu kimi də problem həll edən nazirlik yaratmağı təklif edir. Deputat bunu ironiya ilə deyib, yoxsa, gerçəkdən Azərbaycandakı məmur-vətəndaş probleminin çıxış yolunu belə görür, bunu demək çətindir. Əsas məsələ ölkədə çox ciddi problemə çevrilən məsələnin gündəmə gətirilməsidir...

Yeri gəlmişkən, F.Mustafanın həmkarı Səyyad Aran da Milli Məclisdə vətəndaş müraciətlərinə baxılması müddətinin 1 aydan 10 günə endirilməsini təklif etmişdi: “Pis cəhət odur ki, ayın 1-də məktub yazırsan, elə bil qəsdən gözləyib ayın 30-31-də cavab verirlər. Halbuki səbəb sadə torpaq mübahisəsidir. Bunu 30 gün düşünmək, nələrisə araşdırmaq nəyə lazımdır? Buna konkret cavab verilsin ki, məsələ nədir və şikayətçi də rahat olsun. Seçicilərdən çoxlu tələb və xahiş eşitmişik. Camaat qalır nigaran ki, ay deputat, bir aydır, məktub göndərmişəm, niyə cavab vermirsən? Mən məcbur qalıb deyirəm ki, mən həmin məktuba cavab almamışam".

Məsələnin mahiyyətinə gəldikdə, ölkədə vətəndaşın əsas problemi dövlət qurumlarının fəaliyyətsizliyi, öz vəzifələrini yerinə yetirməməsi ilə bağlıdır. Necə deyirlər, əksər qurumlar bir ucdan problem “istehsal edir”, onlar illərlə üst-üsrə qalanır, vətəndaş da onların altında əzilir, son nəfəsində hay salıb kömək istəyir. Çox adamın heç kömək istəməyə taqəti də qalmır, problem də məmurun istədiyi kimi “öz-özünə həll olunur”.

Fazil Mustafa ASAN Xidmət modelini nümunə çəkir. Doğru deyir, ölkədə vətəndaşların məmnun olduğu bu qurum məmur-vətəndaş münasibətlərinin böhran həddinə çatması nəticəsində yaranmışdı. ASAN sosial sifarişdən doğmuşdu, çünki həddindən artıq korrupsiyalamış dövlət qurumları ilə vətəndaşlar arasında münasibətlər kritik həddə idi, bütün hüquqular pulla satılırdı, məzənnəni də qurumlar özləri təyin edirdilər. Tələbat çox olan qurumlarda yığılan haqların məbləği, qaydası günbəgün dəyişirdi.

ASAN Xidmət yaradıldı və dövlət qurumlarının səlahiyyətində olan bir çox məsələlərin həlli ona verildi. Yenə Xidmət mərkəzlərində həmin dövlət orqanlarının nümayəndələri əyləşiblər, amma bu dəfə rüşvət almırlar, məzənnə qoymurlar. Dövlətin qoyduğu rüsum, xidmət haqqını alıb, vətəndaşa xidmət göstərirlər. Bəzən rüsumlar baha olsa da, əksəriyyət razıdır...

Fazil Mustafanın, Səyyad Aranın qaldırdığı məsələ həmin dövlət qurumlarının ASAN Xidmətə verilməyən səlahiyyətlərinə aiddir. Vətəndaş yenə qapı-qapı sürünür, tanış, vasitəçi tapır, rüşvət verir ki, işini aşırsın. Dəyişən bir məsələ də var: bu qurumlar öz xidmətlərinə rüşvətdən əlavə elə astronomik “xidmət haqqı”, “rüsum” qoyublar ki, sadə vətəndaş üçün əlçatmazdır. Anlamaq olmur: bir dövlət qurumunun konstitusion vəzifəsi vətəndaşa xidmət göstərməkdir, dövlət xərc çəkib, inzibati bina tikir, onun xərclərini ödəyir, işçi toplayır, onlara maaş verir, digər ehtiyaclarını qarşılayır ki, öz vəzifələrini yerinə yetirsinlər. Amma dövlətdən rahat ofis, yaxşı maaş alan məmur təbəqəsi üstəlik, vətəndaşdan göstərdikləri xidmətə görə rəsmi qaydada pul alır. Adı da “xidmət haqqıdır”. Bu haqqı dövlət ödəyir axı?!

Hər il büdcədən dövlət aparatının saxlanılmasına milyardlarla manat vəsait ayrılır. Belə məlum olur ki, vergilər hesabına yığılan pullar son nəticədə vətəndaşın rifahı üçün xərclənmir. Vəsaitlərin bir hissəsi müxtəlif adlarla mənimsənilir, Hesablama Palatası ildə bir neçə dəfə yoxlama aparıb korrupsiya mexanizmlərini açıqlayır. Digər hissəsi də inzibati binaların, işçilərin saxlanmasına və s. xərclənir. Sonda deputat deyirsə ki, problemi həll edən nazirlik yaradaq, demək, büdcə vəsaitlərinin bu hissəsi də lüzumsuz xərcdir.

Problem yaradan quruma toxunmayıb, onun yaratdığı problemi həll edən yeni dövlət qurumu yaratmaq, yumşaq desək, gülüş doğrurur. Belə çıxır, imtiyazlı məmur ordusu toxunulmazdır, onların törətdikləri vəzifə cinayətlərini görməzdən gəlmək lazımdır, amma vətəndaşı da çox narazı salmaq olmaz, bir qurum yaradaq gəlsin, dərdini desin...

Azərbaycanda, nəhayət, Konstitusianın tələblərinə əməl olunmalıdır, yeni qurumlara ehtiyac yoxdur, əksinə, həddindən artıq şişmiş, dövlətə və xalqa yük olmuş dövlət aparatını sadələşdirmək vacibdir. Ölkədə 1.7 milyondan artıq muzdlu işçinin az qala 1 milyona qədəri dövlət sektorunda çalışır, 50-yə yaxın nazirlik, komitə, publik hüquqi şəxs və onların törəmə qurumları var. Neft gəlirləri azaldıqca bu yük daha ağır gələcək, ona görə indidən səmərəli idarəetmə metoduna keçmək, ilk addım kimi də çoxsaylı dövlət qurumlarını ləğv etmək lazımdır.

E. Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri