Icma.az
close
up
RU
Dərdimizin dərmanı hansı hallarda həyatımıza son qoyur? DİQQƏTLİ OLAQ

Dərdimizin dərmanı hansı hallarda həyatımıza son qoyur? DİQQƏTLİ OLAQ

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Bakıda 11 yaşlı yeniyetmə dərmandan zəhərlənərək ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Sevinc Habil qızı Abdullazadə müalicə məqsədi ilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək ölüb.

Bəs dərmandan zəhərlənmə hansı hallarda baş verir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan farmokoloq Aydın Əliyev bildirib ki, dərmandan zəhərlənmənin müxtəlif səbəbləri ola bilər. Onun sözlərinə görə, dərmanın artıq doza ilə qəbulu zamanı insanda zəhərlənmə halı baş verir. A.Əliyev nəzərə çatdırıb ki, həkimlərin bilərəkdən artıq doza təyin etməsi inandırıcı deyil.

Müsahibimiz əlavə edib ki, burada əsas problem, daha çox, insan bədənində olan mövcud xəstəliklərlə bağlı olur:

“Yəni bəzən insan deyir ki, “qaraciyərim ağrıyır”, “ürəyim sıxılır” və s. Amma həkim olmayan insanlar bilmir ki, əgər bir orqanda ciddi xəstəlik varsa, digər orqanlar da bu vəziyyətdən əziyyət çəkə bilər”. 

Farmokoloqun sözlərinə görə, dərmanların təyini zamanı nəzərə alınmalıdır ki, dərman bədənə daxil olduqdan sonra qaraciyərdən keçməlidir.

A.Əliyev vurğulayıb ki, əgər insanın qaraciyərində hansısa patologiya varsa, bu zaman dərmanın parçalanması, sorulması və bədənə paylanması prosesi pozula bilər. O qeyd edib ki, deməli, bu zaman problem təkcə dərmanda deyil, həm də bədənin öz vəziyyətindədir:

“Bir də bu dərmanların düzgün saxlanılmaması halları var. Dərman düzgün saxlanılmayanda və ya vaxtı keçmiş olanda onun təsiri dəyişə bilər”.

A.Əliyev onu da deyib ki, insanın daxili orqanlarında hər hansı bir patologiya varsa, dərmanın bədəndə qəbul olunması, sorulması, paylanması və xaric olunması prosesi pozulur:

“Məsələn, dərman bədəndən xaric ola bilmirsə, bu zaman dərman orqanizmdə yığılmağa başlayır. Bu yığılma isə toksiki təsir göstərərək zəhərlənməyə səbəb ola bilər”. 

Aydım Əliyev: Dərman düzgün saxlanılmayanda və ya vaxtı keçmiş olanda da onun təsiri dəyişə bilər

Bəzən insanların qəbul etdikləri dərmanın təsirini dərhal hiss etmədiklərini söyləyən müsahibimiz bildirib ki, gündəlik qəbul zamanı bədəndən xaric olması mümkün olmadıqda, dərman bədəndə toplanır və bu da təhlükəli olur:

“Qeyd edim ki, dərmanların qəbulunda "doza" anlayışı var. Doza dərmanın bir dəfəyə qəbul edilə bilən miqdarıdır. Əgər bədəndə dediyim kimi patologiyalar varsa, dərmanın sorulması, paylanması, çevrilməsi və xaric olunması pozulur, nəticədə dərman bədəndə toplanaraq artmağa başlayır”.

Həmsöhbətimiz sonda qeyd edib ki, dərmanlarla bağlı keyfiyyət məsələsi haqqında narazılıqlar olur:

“Deyirlər ki, dərmanın tərkibi olduğu kimi deyil, dəyişdirilir. Yəni, bütün bu problemlərin kökündə daha çox başqa səbəblər dayanır. Bəzi şirkətlər xaricdən dərman gətirirlər. Biz nə qədər ki, özümüzü dərmanla tam təmin edə biləcək qədər zavod açmayacağıq, o vaxta qədər xaricdən və bəzi problemlərdən asılı olacağıq. İnşallah, gələcəkdə dərman istehsalı özümüzdə olar, xalqımızın milyonlarla, milyardlarla pulu xaricə getməz, özümüzdə qalar.  Bu problemlər hər tərəfli şəkildə çox olur”.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib, dərman vasitələrinin tərkibində mövcud olan təsiredici maddələr bioloji aktivliyə malikdir və insan orqanizmində gedən biokimyəvi proseslərə birbaşa və ya dolayısı ilə təsir göstərir. Bu səbəbdən dərman vasitələrinin qəbulu mütləq şəkildə həkim təyinatı və ya əczaçı tövsiyəsi əsasında həyata keçirilməlidir.

Qeyd olunub ki, əks halda, belə halların sağlamlıq üçün faydadan çox zərərli nəticələrə gətirib çıxarması mümkündür:

"Dərman vasitələri həm əczaçılıq müəssisələrində, həm də istehlakçı tərəfindən saxlandığı müddətdə müvafiq saxlama şərtlərinə riayət olunmaqla qorunmalıdır. Saxlama qaydalarına əməl edilmədikdə dərmanın istifadəsi zamanı insan sağlamlığına əks təsirlər göstərə bilər".
Vurğulanıb ki, hər bir dərman vasitəsinin təyin olunmuş dozadan artıq qəbul edilməsi müxtəlif əks təsirlər və zəhərlənmə ilə nəticələnə bilər.

Bundan əlavə bildirilib ki, bəzi pasiyentlərdə dərman vasitəsinə qarşı fərdi hiperhəssaslıq reaksiyası müşahidə oluna bilər. Bu səbəbdən, hər bir pasiyent üçün fərdi yanaşma vacibdir və fayda-zərər qiymətləndirilməsi aparıldıqdan sonra dərman vasitəsi həkim və ya əczaçı tərəfindən tövsiyə edilməlidir:

"Ölkəyə idxal olunan bütün dərman vasitələri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyası tərəfindən yoxlanılır və yalnız müsbət rəy verildikdən sonra satışa buraxılır.

Vətəndaşlar dərman vasitələrinin istifadəsi nəticəsində zəhərlənmə və ya əlavə təsirlər müşahidə etdikdə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər".
AEM vətəndaşlara tövsiyə edib ki, aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə məlumat verə bilərlər:
"•​“Bir pəncərə” sektoru
•​Qaynar xətt: (012) 596 07 12
•​Elektron poçt: [email protected]
•​Veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir".

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri