Icma.az
close
up
RU
Dərdli ozan, gəl şükr eylə Tanrıya

Dərdli ozan, gəl şükr eylə Tanrıya

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rafiq ODAY,
Şair-publisist, Əməkdar jurnalist

YIĞIŞ GEDƏK, YAR BAŞINA TƏVAF VAR

Dərdli ozan, gəl şükr eylə Tanrıya,

Salamına bir gün sonra cavab var.

Bu gözəlin təbəssümü bir yana,

Bu gözəlin baxışında savab var.

Min naxış var bir çarpaşıq ilmədə,

Sübhün mehi göz yaşımı silmədə.

Dəli könül, bəxt üzünə gülmədə,

Yığış gedək, yar başına təvaf var.

Məsum qulam - mən qapına bağlıyam,

Pərilərin ən safına bağlıyam,

Bir gözəlin insafına bağlıyam, -

Bu eşqdə ya dar ağacı, ya əfv var.

SONET

Bir həzin, bir kövrək nəğmə kimiyəm,

Ələnnəm gözümün yaşı üstünə.

Mən könül loğmanı, ruh həkimiyəm,

Məni çağırmayın naşı üstünə.

İçində bir qərib sevda sızlayar,

Aşiqin axşamı, səhəri olmaz.

Eşqə tapınmayan sevdasızların,

Dərviş könüllərdən xəbəri olmaz.

Nəğməsi bitməz ki, qərib ruhların,

Göylər qanadını gərib ruhların

üstünə, açılan danı gözləyər.

Ruhlarsa amadə uçub getməyə,

Son dəfə boynunu qucub getməyə

Son nəfəs ətirli canı gözləyər.

YAR, A YAR

(Təcnis)

Bu nə əda, bu nə işvə, bu nə naz?!

Zülm edərmi bir bu qədər yara yar?

Sevirsənsə, əməlinlə sübut et, -

Sevgi yoxsa, işvə nəyə yarayar?!

Nə umdum ki, Miladindən, Hicrindən? -

Vaxtsız saldı saçlarıma hicrin dən.

Pörşələndi bağrım başı hicrindən,

Ah çəkməkdən sinəm oldu yara, yar.

Bəla yağır - başa salır Göy nəyi?

Yaşıl bəlli, bəs göstərir göy nəyi?

Bitən deyil ürəyimin göynəyi,

Gəl sinəmi öz əlinlə yar, a yar.

Bitsin artıq bu dalanlar, döngələr,

Ər oğulsan - yar yanına dön gəl ər.

...Sən də, gözəl, inadından dön, gələr... -

Aşiqini dar məqamda yar arar...

GÜN AHI BİZDƏ

(Təcnis)

Ədalət carçısı, haqq aşığıyıq,

Kimsə axtarmasın günahı bizdə.

Hər an tətikdəyik haqqa şığıyaq,

Həftə ahı bizdə, gün ahı bizdə.

Ta üzdən salanlar üzdə görünməz,

Dərində, ya üzdə üz də, görünməz.

Bizim göz yaşımız üzdə görünməz, -

Onu tez qurudur Gün axı bizdə.

Bilməm qibtə etsin nədən müşk gülə?!

İki xoşbəxt görsə, gərək müşk gülə.

Qaçsaq da, yetişmək dönər müşkülə -

Dəli dağ çayıtək gün axı(r) bizdə.

Qoymayın doyunca yaşasın getsin,

Üstünə saxta bir yaş asın, getsin.

Ünü quru yuyun, yaş asın getsin, -

Çatdırır GÖYə ləng ün ahı bizdə.

ƏTƏYİNDƏN

Ümiddən əli üzülən

Tutar qəmin ətəyindən.

Nə yaman möhkəm yapışıb

Bu tar qəmin ətəyindən?!

Kimə sevinc, kimə ah - naz,

Götürərmi heç hər ŞAH - naz?!

Asılıbdı "Şüştər", "Şahnaz",

"Qatar" qəmin ətəyindən.

Beş karvandan üçü Ruma,

Dayanıb bir ucu Ruma.

Həyat bizi uçuruma

Atar qəmin ətəyindən.

Küt gedən bu kündələri,

Kim yenidən kündələyir?!

Tanrım, məzlum bəndələri

Qurtar qəmin ətəyindən.

ŞƏLƏMİN AĞRISI CANDA

Bu dünyadı, canım-gözüm,

Hələ min ağrısı canda.

Ömür adlı ödənməmiş

Sələmin ağrısı canda.

Bu nə ruh, nə candı olan?!

Bu nə ad, nə sandı olan?!

Hər addımda sındırılan

Qələmin ağrısı canda.

Yaşayıram il adında,

Hicrisində, miladında.

Qarışqayam, fil adında

Şələmin ağrısı canda.

YAŞADIM

Daha o tamda deyil

balı beçələrin də...

Bir payız veyllənir

ömrün küçələrində.

Həyat filmlər kimi...

"Oskar"ıma sığındım.

Sığındım yağışıma,

öz qarıma sığındım.

Bəzən bir xoş baxışa,

təbəssümə yaşadım.

Bəzən də böldüm ömrü

kimə.., kimə... yaşadım.

Çəkir geriyə yollar,

qapqara dam aşdırır.

Önümdəsə saraylar

gözümü qamaşdırır.

Üzüm qara olmadı

o dam kimi, yaşadım.

Bu ömrü adam oğlu

adam kimi yaşadım.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri