Icma.az
close
up
RU
Dəri çatlamasının izini yox edəcək TƏBİİ VASİTƏLƏR

Dəri çatlamasının izini yox edəcək TƏBİİ VASİTƏLƏR

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dəridəki çat izləri qadınların ən böyük kabusudur. Yemək vərdişləri, genetik faktorlar, çəki artımı və hamiləlik kimi faktorlar bədəndə çatlaqlara səbəb ola bilər. Çatlaqları mümkün qədər tez müalicə etmək lazımdır.

Beldə, ayaqlarda, qollarda və qarın nahiyəsində çatların pis görünüşü xüsusilə, yay aylarında narahatedici olur. Çatlaqlar əlehinə müxtəlif kremlər olsa da, bu vasitələr tam effektiv olmur.

Dəridəki çatların yaranma səbəbləri:

Dəridə çatların yaranmasının ən çox rast gəlinən səbəbi hamiləlikdir. Hamiləlik dövründə meydana gələn çəki artımı və ödemdən əlavə, qarın və döşlərdəki böyümə dərinin uzanmasına və nəticədə çatlamasına səbəb ola bilər. Bu dövrdə əmələ gələn çatlar striae gravidarum kimi müəyyən edilir. Hamiləliklə yanaşı, əzələ kütləsində ani artıma səbəb olan artıq çəki almaq və itirmək də dəri çatlamasına səbəb ola bilər. Piylənmə problemi olan insanlarda dəri çatlama ehtimalı təxminən 40% artır. Yeniyetməlik dövründə əzələ quruluşunun inkişafı da dəri çatlarının əmələ gəlməsinə səbəb ola bilər. Dəridə çatlaqlara səbəb olan amillərdən biri də orqanizmdə hormonal dəyişikliklərdir. Bütün bunlara əlavə olaraq istifadə edilən bəzi dərmanlar bədəndə çatlaqlara səbəb ola bilər. Xüsusilə bəzi xəstəliklərin müalicəsində istifadə edilən kortizon elastin və kollagen liflərinin məhvinə səbəb ola bilər. Dəri çatları bəzən heç bir səbəb olmadan da yarana bilər. Bu tip bədən çatlaması idiopatik çat kimi müəyyən edilir. Bədənin uzanma işarələri bədənin demək olar ki, hər hansı bir hissəsində baş verə bilər. Ancaq daha çox döş, qarın, kürək, omba, ayaqlar və yuxarı qolun daxili hissələrində baş verir. Qadınlarda omba, ayaq və döşlərdə, kişilərdə isə qol, bel və omba nahiyələrində tez-tez rast gəlinir.

Dəridəki çatları müalicə edilən qarışımlar:

1 xörək qaşığı badam yağı

1 xörək qaşığı ərik yağı

2 xörək qaşığı limon suyu

2 xörək qaşığı dənəvər şəkər

Bütün maddələri homojen bir tutarlılığa çatana qədər dərin bir qabda qarışdırın. Sonra vanna qəbul etməzdən düz 30 dəqiqə əvvəl çatlamış yerləri masaj edin.

10 dəqiqədən sonra yuya bilərsiniz.

Ayda 3 dəfə mütəmadi olaraq tətbiq etdikdə qısa müddətdə çatların yox olduğunu görəcəksiniz.

Kakao yağı

Dəridəki çat izlərindən xilas olmaq istəyirsinizsə, tətbiq edə biləcəyiniz başqa bir üsul orqanik kakao yağıdır. Gündə iki dəfə çatlamış nahiyəni kakao yağı ilə masaj edin. Şi yağı ilə də eyni şeyi edə bilərsiniz.

At tükü fırçası ilə masaj

Quru fırçalama qan və limfa dövranını stimullaşdırır. Həmçinin orqanizmdəki toksinləri daha asan aradan qaldırmağa kömək edir. Quru fırçalama yağ və tər vəzilərinin funksionallığını artırır və ölü dəri hüceyrələrini təmizləyir. Bu sizə hamar, yumşaq və ləkəsiz dəri verir.

Bu addım üçün bədən fırçasına ehtiyacınız olacaq. İstifadə etdiyiniz fırçanın tüklərinin yumşaq və təbii olmasına diqqət edin. Təsirə məruz qalan ərazini dairəvi yuxarı hərəkətlərlə quru bir fırça ilə yumşaq bir şəkildə fırçalayın.

5-6 dəqiqə fırçalamağa davam edin. Duş qəbul edin və yaxşı nəmləndirici tətbiq edin. Duş qəbul etməzdən əvvəl bunu hər gün təkrarlayın.

Sevinc Hüseynova 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri