Icma.az
close
up
RU
Dərimizin vəziyyəti hansı xəstəliklərdən xəbər verə bilər?

Dərimizin vəziyyəti hansı xəstəliklərdən xəbər verə bilər?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsan dərisinin əsas funksiyası müdafiə funksiyasıdır.

Eyni zamanda dəri örtüklərinin vəziyyəti (rəngi, quru və ya yağlı olması, səpgilərin olub-olmaması və s.) bir çox xəstəliklərə işarə edə bilər. Təcrübəli mütəxəssis insanın dərisinə baxaraq (söhbət əsasən üz dərisindən gedir) onun sağlamlığı ilə bağlı müəyyən nəticələr çıxara bilər.

Dərinin rənginin dəyişilməsi bu kimi xəstəliklərə işarə edə bilər:

- Dərinin qırmızımtıl olması qıcıqlanmış bağırsaq sindromu, şəkərli diabet, hipertireoz (qalxanvari vəzinin fəaliyyətin artması), hormonal dəyişikliklər (məsələn, qadınlarda klimaks dövründə) və ya pozulmalar, qurd infeksiyaları zamanı mümkündür.

- Dərinin solğun olması anemiya (qanazlığı), ürək xəstəlikləri, ürək qüsurları, vərəm, vegetativ-damar distoniyası, daxili qanaxmalar, vitamin çatışmazlığı zamanı mümkündür.

- Dərinin göyümtül olması (buna "sianoz" deyilir) ağ ciyər xəstəlikləri, vərəm, ürək qüsurları, ürək çatışmazlığı, beyin və ya ağ ciyər damarlarının tromboemboliyası (trombla tutulması) zamanı ola bilər.

- Dərinin yaşılımtıl olması öd və qara ciyər xəstəliklərinə, xərçəng xəstəliklərinə işarə edə bilər.

- Dərinin sarımtıl olması pankreatit, qara ciyər xəstəlikləri (hepatit, qara ciyər sirrozu və s.), ağır intoksikasiyalar (zəhərlənmələr) zamanı ola bilər.

Dərinin həddən artıq quru və ya əksinə yağlı olması da bəzi xəstəliklərin əlaməti ola bilər.

- Dəriniz həddən artıq qurudursa, bu hipotireoz (qanxanvari vəzi fəaliyyətinin zəifləməsi), bəzi qara ciyər və sinir sistemi xəstəlikləri, hipovitaminoz (orqanizmdə əsas vitaminlərinin çatışmazlığı) zamanı ola bilər. Həmçinin qadınlarda klimaks dövründə dəridə piyin ifrazı azalır ki, nəticədə dəri daha sürətlə qocalmağa başlayır.

- Dəri həddən artıq yağlıdırsa, bu qadınlarda hormonal pozulmalara işarə edə bilər. Belə pozulmalar zamanı qadın orqanizmində qadın hormonların ifrazı azalır, kişi hormonların ifrazı isə əksinə artır. Nəticədə qadının dərisi çox yağlı olur, sızanaqlar əmələ gəlir.

Bəzi qara ciyər xəstəlikləri, piylənmə zamanı da dərinin yağlılığı arta bilər.

Dəridə səpgilərin olması da bəzi xəstəliklərə işarə edə bilər. Belə ki, bu mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları (qəbizlik, disbakterioz), qadın xəstəlikləri, endokrin pozulmaları zamanı mümkündür.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri