Icma.az
close
up
RU
Həkimnevropatoloq: Uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər

Həkimnevropatoloq: Uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yəqin ki, hər kəsin nə vaxtsa başgicəllənməsi olub. Bəzən bunu qan azlığı, zəiflik, aclıq, isti hava ilə əlaqələndirirlər. Lakin uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər.

Bu haqda AZƏRTAC-a məlumat verən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidovanın sözlərinə görə, başgicəllənmə hissini ifadə edən tibbi şikayət vertigo adlanır və bu hal əhali arasında geniş yayılıb. Başgicəllənməsi daxili qulaqda, beyində və ya həssas sinir yolunda problemlər zamanı yarana bilir: “İstənilən yaşda insanın başı fırlana bilər. Lakin adətən belə hallara 65 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Vertigo hərəkət narahatlığına bənzəyir, insan sanki otağın mərkəzindəki ipi çəkdiyini güman edir, tarazlığını bir neçə anlıq itirmiş olur. Vertigonun əsas əlamətləri ürək bulanması, qusma, başağrısı, hərəkət zamanı büdrəməkdir”.

Həkim bildirib ki, vertigoların daha çox periferik vertigo (benign paroksismal mövqe vertigo), Meniere xəstəliyi və kəskin başlanğıc vertigo növlərinə rast gəlinir: “Xəstələrin 93 faizində periferik vertigo qeydə alınır. Benign paroksismal mövqe vertigo (BPPV) başın mövqeyində müəyyən dəyişikliklərlə güclənən vertigo növüdür. Buna daxili qulaqda üzən kalsium kristalları səbəb olur. Digər növ olan Meniere xəstəliyi tarazlığa və eşitməyə təsir edən daxili qulaq xəstəliyidir. Kəskin periferik vestibulopatiya (APV), qəfil başgicəllənməyə səbəb olan daxili qulağın iltihabıdır”.

Vertigonun müalicəsi xüsusi fiziki hərəkətləri olan məşqlər vasitəsilə aparılır. Bəzi zəruri hallarda “vestibulyar blokaj agentləri” adlanan xüsusi dərmanlarla müalicə yazılır. Ürək-damar xəstəlikləri, qulaq infeksiyaları, baş travması, antidepressant və antipsixotik kimi dərmanlar vertigo riskini artıran amillər sırasındadır.

Y.Rəşidova vertigonun qeyd olunan əlamətlərini hiss edən kimi vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görür. Əks təqdirdə həmin xəstəlik daha ciddi problemlərə yol aça bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri