Icma.az
close
up
RU
Dərin mətləblərə işıq salan aktual müsahibə

Dərin mətləblərə işıq salan aktual müsahibə

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fuad HÜSEYNZADƏ

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi

Azərbaycan Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində XII Qlobal Bakı Forumunun beynəlxalq məsələlərin müzakirəsində oynadığı mühüm rolu vurğulamaqla yanaşı, müasir qlobal düzənin əsas problemlərinə də toxundu. Dövlət başçısı dünya nizamının dəyişdiyini, beynəlxalq təşkilatların etibarlılığının zəiflədiyini və yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasının vacibliyini qeyd edərək, Azərbaycanın milli maraqlarını qorumaq siyasətinin uğurlu model olduğunu diqqətə çatdırdı.

Azərbaycan son illərdə həm regional, həm də qlobal siyasətdə önəmli aktorlardan birinə çevrilib. Ölkənin strateji coğrafi mövqeyi, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasəti onun beynəlxalq nüfuzunu gücləndirib. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yalnız Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanda təsir gücünü artırıb. Dünyanın hər yerindən siyasətçiləri və ekspertləri bir araya gətirən aparıcı tədbirlərdən biri də Qlobal Bakı Forumudur. Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə sayca 12-ci dəfə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” adlı forumda bəşəriyyəti narahat edən aktual problemlər müzakirə edildi, çıxış yolları axtarıldı, müvafiq təkliflər və tövsiyələr səsləndirildi.

Forum çərçivəsində Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə dünya və regional gündəmə toxunaraq mühüm mesajlar verdi. Dövlət başçısı forumun əhəmiyyətindən danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumunun iştirakçıları beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşürlər. Dövlət başçısının müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də dünyada nizamlı sistemin olmaması barədə səsləndirdiyi fikirlər oldu. Bu gün dünyada sürətli dəyişikliklər gedir və bəzi proseslər xaotik xarakter alır. Qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə daha mürəkkəb hala gəlib. Əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir.

Dövlət başçısı müsahibədə diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Prezident İlham Əliyevin dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə baxışını əks etdirən bu fikirlərdən aydın olur ki, hər bir ölkə öz gücünə və imkanlarına güvənməlidir. Beynəlxalq yardıma və hüquqa arxalanmaq artıq risklidir. Yaxın tarixə nəzər salanda görürük ki, Azərbaycan müstəqillik illərində beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı və problemlərinin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadı. Prezidentin qeyd etdiyi kimi, ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Dövlət başçısı müsahibəsində birmənalı şəkildə vurğuladı ki, milli maraqlar məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı.

Dövlət başçısının müsahibəsində diqqət çəkən məsələlərdən biri də onun Cənubi Qafqaz regionu barədə fikirləri oldu. Bu gün region çox məsuliyyətli mərhələdən keçir. Regionun ən təhlükəli problemi - Qarabağ münasiqəşi həll olundu və müşahidə edilən proseslər Azərbaycanın formalaşdırdığı yeni reallıqlar fonunda cərəyan edir. Bakı Ermənistanın sülh gündəminə sadiq qalmasını və regionda davamlı sülhün yaradılması üçün adekvat addımlar atmasını gözləyir. Barışığa doğru addımlar atmaq lazımdır və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, region hazırda nisbətən sakit dövrdədir. Amma bu sakitlik real addımlarla təmin olunmalı, gücləndirilməlidir. Prezident bir daha xatırlatdı ki, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalıdır və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri