Icma.az
close
up
RU
Uşaqların həyatına dərin izlər salan faciələr... İqbal Səfərovun yazısı

Uşaqların həyatına dərin izlər salan faciələr... İqbal Səfərovun yazısı

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

20 Noyabr Beynəlxalq Uşaq Hüquqları Günüdür.

1989-cu ildə BMT-nin Baş Assambleyasında Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdir.

Konvensiya, uşaqların sağlam, təhlükəsizlik və sevgi dolu mühitdə böyümək hüquqlarını tanıyır və bu hüquqların qorunmasını təmin edir.

Azərbaycan da 1992-ci ildə bu konvensiyaya qoşularaq, uşaqların hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmışdır.

Təəssüf ki, Azərbaycan tarixində də müharibələr və faciələr uşaqların hüquqlarına və həyatına ağır zərbə vurmuşdur.

20 Yanvar faciəsi zamanı sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi qətliamlar nəticəsində uşaqlar ciddi fiziki və psixoloji travmalar almış, ailələrini itirən uşaqlar sahibsiz qalmışdır.


1-ci Qarabağ müharibəsi dönəmi ermənilər tərəfindən amansızlıqla törədilən Xocalı soyqırımı isə Azərbaycan tarixində uşaqlara qarşı ən böyük vəhşiliklərdən biri kimi yadda qalmışdır. Bu soyqırımda onlarla uşaq qətlə yetirilmiş, yaralanmış və ya valideynlərini itirmişdir. Bu hadisələr sağ qalan uşaqların gələcəyinə ağır izlər buraxmışdır.

Müharibə və soyqırımlar nəticəsində minlərlə uşaq ailələrindən və evlərindən məhrum olmuş, qaçqınlıq və məcburi köçkünlük şəraitində yaşamağa məcbur qalmışdır. Təhsildən kənar qalan, sağlamlıq problemləri yaşayan və psixoloji travmalar alan uşaqlar uzun illər ərzində bu müharibənin fəsadlarını hiss etmişdir.

2020-ci il Vətən müharibəsi zamanı Ermənistanın mülki ərazilərimizə etdiyi hücumlar nəticəsində uşaqlar arasında ciddi itkilər qeydə alınmışdır. Raket zərbələri nəticəsində azyaşlılar həyatını itirmiş, yaralanmış və ya ağır travmalara məruz qalmışdır. Gəncə, Bərdə və Tərtər şəhərlərinə edilən hücumlar zamanı uşaqlar evsiz qalmış, onların hüquqları kobud şəkildə pozulmuşdur.

Hər birimiz təhlükəsiz, ədalətli və sevgi dolu bir dünya qurmaq üçün öz töhfəmizi verməliyik.

Bu gün, təkcə uşaqların hüquqlarını qeyd etmək üçün deyil, həm də uşaqların səsi olmaq və onların həyatına işıq saçmaq üçün bir çağırışdır.

Arzum budur dünyamıza əbədi sülh gəlsin. Səmamız daim açıq olsun. Uşaqlarımız sülh içərisində yaşasınlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Noyabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see192

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see191

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see180

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see179

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see174

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see158

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see147

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see137

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see137

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see134

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see131

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see131

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see129

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see126

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see124

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see124

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see124

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see123

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see121

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri