Icma.az
close
up
RU
Dərin qarşılıqlı rəğbətdən sarsılmaz müttəfiqliyə...

Dərin qarşılıqlı rəğbətdən sarsılmaz müttəfiqliyə...

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycan və Özbəkistan arasında münasibətlər əsrlərin sınağından keçmiş ortaq tarixə, zəngin mədəni irsə, milli-mənəvi dəyərlərə və xalqlarımız arasında formalaşmış dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm təməl müasir dövrdə iki dövlət arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın sürətli inkişafına mühüm zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini hərtərəfli əks etdirir.

Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlər yalnız diplomatik əlaqələrin məcmusu deyil. Bu münasibətlər, ilk növbədə, iki qardaş xalqın bir-birinə olan səmimi münasibətindən, qarşılıqlı hörmətindən və ortaq mənəvi dəyərlərindən qaynaqlanır. Tarix boyu Azərbaycan və özbək xalqları arasında ədəbi, mədəni və elmi əlaqələr mövcud olub. Böyük İpək Yolunun yaratdığı qarşılıqlı təmaslar, türk dünyasının ortaq irsi və zəngin mədəni ənənələr xalqlarımız arasında sıx bağların formalaşmasına xidmət edib.

Məhz bu tarixi və mənəvi yaxınlıq müstəqillik illərində Azərbaycan–Özbəkistan dövlətlərarası münasibətlərinin möhkəm təməlini təşkil edib. Diplomatik münasibətlərin qurulmasından sonra qarşılıqlı əlaqələr ardıcıl şəkildə inkişaf edib, yüksək səviyyəli siyasi dialoq formalaşıb. Son illərdə isə bu münasibətlər yeni keyfiyyət mərhələsinə daxil olub.

Azərbaycan və Özbəkistan arasında əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkənin münasibətlərində tarixi mərhələdir. Bu, qarşılıqlı etimadın, siyasi iradənin və strateji maraqların yüksək səviyyədə uzlaşmasının göstəricisidir.

Dövlət başçıları arasında mövcud olan səmimi dostluq münasibətləri ikitərəfli əlaqələrin inkişafına mühüm impuls verir. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında müntəzəm görüşlər və qarşılıqlı səfərlər iki ölkənin əməkdaşlığının yeni istiqamətlərini müəyyənləşdirir və mövcud layihələrin həyata keçirilməsinə əlavə stimul yaradır.

Azərbaycan və Özbəkistanın yaxınlaşması yalnız ikitərəfli münasibətlər baxımından deyil, Türk dünyasının ümumi inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biri kimi türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Özbəkistanın da Türk dünyasının inteqrasiya proseslərində fəal iştirak etməsi bu əməkdaşlığın coğrafiyasını və potensialını daha da genişləndirir.

Azərbaycan–Özbəkistan münasibətlərinin uğurunu şərtləndirən əsas amillərdən biri də qarşılıqlı etimaddır. Etimad olmadan uzunmüddətli və dayanıqlı tərəfdaşlıq qurmaq mümkün deyil. Azərbaycan və Özbəkistan arasında isə bu etimad həm dövlət rəhbərləri, həm hökumətlər, həm biznes dairələri, həm də xalqlar səviyyəsində formalaşıb.

Bu gün Azərbaycan və Özbəkistan bir-birini yalnız qardaş dövlət kimi deyil, həm də etibarlı müttəfiq və strateji tərəfdaş kimi qəbul edir. Qarşılıqlı səfərlər, intensiv siyasi dialoq, artan ticarət və investisiya əlaqələri, nəqliyyat və enerji layihələri, humanitar əməkdaşlıq və Türk dünyasının birliyinə yönəlmiş təşəbbüslər bu münasibətlərin çoxşaxəli xarakterini təsdiqləyir.

Azərbaycan və Özbəkistan arasında formalaşmış müttəfiqlik münasibətləri iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinə, regional sabitlik və iqtisadi əməkdaşlığın inkişafına da mühüm töhfə verir.

Ən əsası isə bu münasibətlərin təməlində xalqlarımızın bir-birinə olan səmimi rəğbəti, qardaşlığı və qarşılıqlı hörməti dayanır. Məhz bu möhkəm mənəvi təməl Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə, yeni uğurlarla zənginləşəcəyinə və sarsılmaz müttəfiqliyin daha da möhkəmlənəcəyinə əminlik yaradır.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Avqust 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri