Icma.az
close
up
RU
Sarsılmaz dostluq, qarşılıqlı hörmət və ortaq strateji maraqlar

Sarsılmaz dostluq, qarşılıqlı hörmət və ortaq strateji maraqlar

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Pakistan və Azərbaycan arasındakı əlaqələr sarsılmaz dostluq, qarşılıqlı hörmət və ortaq strateji maraqlar əsasında qurulub. Tarixi, mədəni və iqtisadi bağlılıqlara söykənən bu münasibətlər illər ərzində daha da möhkəmlənib və müxtəlif sahələri əhatə edən əməkdaşlıqla genişlənib. Baş nazir Şahbaz Şərifin Azərbaycana səfərləri bu dostluğun əhəmiyyətini bir daha vurğulayaraq, iki ölkə arasında dərin köklərə malik tərəfdaşlığın davam etdiyini göstərir.
Pakistan islam dünyasının və yerləşdiyi Cənub-şərqi Asiyanın ən mühüm ölkələrindən biridir. Ənənəvi olaraq, Pakistan və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq mövcuddur və son dövrlərdə hərbi-siyasi kontekstdə əməkdaşlığımız daha da dərinləşməkdədir.
Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib.
Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr 1991-ci ildə, ölkəmizin müstəqilliyini bərpa etməsindən dərhal sonra qurulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında sıx münasibətlərin əsasını qoyub. Qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlər xüsusilə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Onun 2005-ci və 2017-ci illərdə Pakistana rəsmi səfərləri, eləcə də Pakistan rəhbərliyinin Azərbaycana rəsmi səfərləri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib. Son illərdə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı da strateji tərəfdaşlıq münasibətlərini gücləndirib.
Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında bu vaxta qədər 50 sənəd imzalanmışdır. İkitərəfli ticarət dövriyyəsinin artırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi prioritet hədəflər sırasındadır. Azərbaycan neft-qaz sektorunda təcrübəsi ilə, Pakistan isə əczaçılıq, tekstil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialı ilə qarşılıqlı investisiyaları təşviq edir. Azərbaycanın Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və D-8 çərçivəsində iqtisadi əlaqələri daha da genişləndirmək niyyətindədir. Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq da strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müdafiə sənayesi, birgə hərbi təlimlər və texniki təcrübə mübadiləsi bu sahədə əsas fəaliyyət istiqamətləridir. Azərbaycanın Pakistan istehsalı olan JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsi bu əməkdaşlığın praktik nəticələrindən biridir. Hərbi sahədəki əlaqələr yalnız müdafiə qabiliyyətinin artırılmasına deyil, həm də regional sabitliyə töhfə verir. Pakistan hərbi texnologiyaları və kadr hazırlığı sahəsində Azərbaycana mühüm dəstək göstərir.
Azərbaycan ilə Pakistan arasında mədəni və humanitar sahədə də sıx əməkdaşlıq mövcuddur. Hər iki xalq ortaq İslam dəyərləri və tarixi bağlarla bir-birinə yaxındır. Təhsil sahəsində tələbə mübadiləsi, mədəniyyət günləri və birgə layihələr xalqlar arasında dostluğu daha da möhkəmləndirir. Heydər Əliyev Fondunun Pakistandakı humanitar layihələri, xüsusilə təhsil və səhiyyə sahələrində görülən işlər iki ölkənin humanitar sahədəki qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Fond tərəfindən məktəb tikintiləri, su təchizatı sistemlərinin qurulması və tibbi yardım aksiyaları Pakistan xalqı tərəfindən yüksək qiymətləndirilir. İqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni ticarət marşrutlarının açılması və sərmayə qoyuluşunun təşviqi, eləcə də hərbi tərəfdaşlığın gücləndirilməsi, xüsusilə müdafiə texnologiyaları sahəsində yeni layihələrin həyata keçirilməsi mühüm hədəflərdir. Eyni zamanda, mədəni əlaqələrin möhkəmləndirilməsi, təhsil və mədəniyyət sahələrində birgə proqramların artırılması, turizm imkanlarının inkişafı və vizanın sadələşdirilməsi yolu ilə qarşılıqlı turizm axınının gücləndirilməsi də prioritetlər sırasındadır. Bu istiqamətdə atılan addımlar iki ölkənin regional və beynəlxalq arenada mövqeyini daha da gücləndirəcək, xalqlar arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirəcək.
Tural Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri