Dərini kəsir, qanaxmaya səbəb olur: Bu həşəratlar niyə təhlükəlidir?
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
At milçəklərinin dişləməsi digər həşəratlarla müqayisədə daha ağrılı olur.
Redaktor.az xəbər verir ki, bioloq Dmitri Safonov at milçəklərinin dişləməsinin səbəbini onların ağız hissələrinin quruluşu ilə əlaqələndirib.
Onun sözlərinə görə, ağcaqanadlar dərini nazik xortumla deşərək qan soruduğu halda, at milçəklərinin ağız hissələri dərini kəsməyə imkan verir. Dişi at milçəklərinin ağız aparatında iti, mişarvari kəsici hissələr yerləşir və həşərat qanla qidalanmaq üçün dərini kəsir.
Bu səbəbdən at milçəyinin dişləməsi zamanı kəskin və yanma xarakterli ağrı yarana bilər. Dişlənilən nahiyədə şişkinlik, qızartı və qanaxma da müşahidə oluna bilər.
Mütəxəssislərin məlumatına görə, at milçəklərinin yalnız dişiləri qanla qidalanır. Onlar yumurtaların inkişafı üçün qana ehtiyac duyurlar.
At milçəyi dişləmələri adətən ciddi təhlükə yaratmır, lakin bəzi hallarda güclü allergik reaksiya və infeksiya riski yarana bilər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 11 Sentyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















