Dərman bazarında yeni mərhələ: qiymətlər ucuzlaşa bilər
Icma.az, Modern.az saytına istinadən bildirir.
Pirallahıda yeni dərman zavodunun fəaliyyətə başlamasının ölkədə dərman qiymətlərinə necə təsir edəcəyi maraq doğurur.
Modern.az xəbər verir ki, oktyabrın 5-də Pirallahı Sənaye Parkında yeni dərman zavodu istifadəyə verilib. Müəssisənin fəaliyyətə başlaması yerli dərman istehsalının genişləndirilməsi və idxaldan asılılığın azaldılması baxımından mühüm addım hesab olunur.
Mövzu ilə bağlı deputat Müşfiq Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, yeni zavodun fəaliyyəti uzunmüddətli perspektivdə bəzi dərmanların qiymətinin aşağı düşməsinə şərait yarada bilər. Lakin onun sözlərinə görə, bütün dərmanların qısa müddətdə ucuzlaşacağını gözləmək düzgün deyil.
Deputat qeyd edib ki, yerli istehsalın artması bəzi dərmanların xaricdən gətirilməsi ilə bağlı nəqliyyat və təchizat xərclərinin azalmasına, eyni zamanda bazarda alternativlərin və rəqabətin artmasına səbəb ola bilər. Bu isə xüsusilə zavodda istehsal ediləcək preparatların daha münasib qiymətə təklif olunmasına imkan yarada bilər. Bununla yanaşı, xammalın idxal qiyməti, istehsal həcmi və satış xərcləri də dərmanların son qiymətinə təsir edən əsas amillərdir.
M.Məmmədli bildirib ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış dərmanların satış qiymətlərinin yuxarı həddi Tarif Şurası tərəfindən tənzimlənir. Buna görə də istehsal xərclərində yaranan azalmanın aptek qiymətlərində də əks olunması vacibdir.
Deputatın fikrincə, ilkin mərhələdə daha real nəticə dərman təminatının sabitləşməsi və qiymət artımı təzyiqinin azalması ola bilər. İstehsalın genişləndirilməsi ilə ayrı-ayrı preparatların qiymətinin aşağı düşməsi də mümkündür.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. 113,9 milyon manat investisiya dəyəri olan layihə üzrə müəssisənin illik istehsal gücü 60 milyon qutu, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Zavodun 5 il ərzində 500-dən çox preparatın istehsalını lokallaşdırması planlaşdırılır. Müəssisədə 178 nəfər daimi işlə təmin ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 08 Oktyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















