Icma.az
close
up
RU
Dərmandan zəhərlənmə riski hansı hallarda artır? Həkimdən AÇIQLAMA

Dərmandan zəhərlənmə riski hansı hallarda artır? Həkimdən AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Son vaxtlar dərmandan zəhərlənmə və ölüm halları ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Təəssüf ki, bu cür hadisələrin sayı azalmır və xüsusilə uşaqlar arasında ciddi təhlükə olaraq qalır. Dünən isə daha bir faciəvi olay baş verib - 11 yaşlı qız müalicə məqsədilə qəbul etdiyi dərmandan zəhərlənərək vəfat edib.

Bəs dərmanlar hansı hallarda zəhərlənmə verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-terapevt Günay Lətifova bildirdi ki, istifadə müddəti bitmiş dərman zəhərlənmə riski yarada bilər:

"Bu, dərman preparatının keyfiyyətinin itməsi və kimyəvi tərkibinin dəyişməsi ilə əlaqədardır və birinci əsas risk faktorudur. İkinci faktor isə dərman preparatının alınmasından sonra saxlanma şəraitidir. Əgər dərman temperatur, işıq və rütubət kimi şərtlərə uyğun saxlanılmasa, onun təsir gücü dəyişə bilər və zəhərlənmə riski arta bilər. Üçüncü və ən vacib məqam isə odur ki, dərman həkim nəzarəti altında alınıbmı? Yəni həmin uşağın klinik göstərişlərinə uyğun şəkildə təyin olunubmu, yoxsa valideynlər və ya yaxınları sadəcə aptekdən kiminsə məsləhəti ilə alıblar və istifadə ediblər? Həkim yalnız orqanizmə uyğun dərmanı və onun dozasını düzgün müəyyən edə bilər. Çünki bir dərmanın təsiri yalnız tərkibindən asılı deyil, həm də onun qəbul dozası, qəbul vaxtı və digər tibbi göstərişlərdən asılıdır. Beləliklə, dərman istifadəsi zamanı risklər üç əsas halda ortaya çıxır: istifadə müddətinin keçməsi, düzgün saxlanmaması və həkim nəzarəti olmadan istifadəsi. Bu halların hər biri, xüsusilə uşaqlar üçün ciddi zəhərlənmə təhlükəsi yarada bilər və valideynlər diqqətli olmalıdırlar".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri