Icma.az
close
up
RU
Dərsə gedən bir uşaq...

Dərsə gedən bir uşaq...

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Balacaların məktəbə alışması həssaslıq tələb edir

Məktəbə addım atmaq uşaqların həyatında unudulmaz, bir qədər də həyəcanlı və maraqlı anlardan biridir. Balaca çiyinlərdə daşınan çanta, səliqəli məktəb forması və gözlərdə bir-birinə qarışan sevinc, maraq və azacıq da qorxu...

O günə qədər oyunlarla, nağıllarla, ailənin isti qayğısı ilə əhatə olunan uşaqların qarşısında tamamilə yeni bir dünya açılır. Bəziləri məktəbin qapısından böyük həvəslə keçir, bəziləri isə valideyninin əlini bir az da möhkəm tutur. Çünki hər yenilik kimi məktəb də uşağın kiçik dünyasında böyük dəyişiklikdir.

Buna görə də məktəbə hazırlıq yalnız çanta, forma və ya dəftərlərin alınması ilə məhdudlaşmır. Uşağın emosional, fiziki və sosial baxımdan yeni mərhələyə hazırlanması da vacibdir. UNICEF-in yanaşmasına görə, məktəbə hazırlığa uşağın sosial və emosional inkişafı, fiziki bacarıqları, ünsiyyət qurması və müstəqil davranmaq qabiliyyətinin inkişaf etdirilməsi də daxildir. Buna görə dünyanın bir sıra ölkələrində məktəbə uyğunlaşma prosesi dərslərdən daha əvvəl başlayır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmalarında məktəbə keçidin uşaqlar üçün böyük dəyişiklik olduğu və uğurlu uyğunlaşmanın əvvəlcədən hazırlanmış, uşağın ehtiyaclarını nəzərə alan yanaşma tələb etdiyi vurğulanır.

246 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, əməkdar müəllim və ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Nəzakət Talıbova bildirdi ki, ilk dəfə məktəbə getmək uşağın həyatında yeni və həssas mərhələdir:

– Yeni mühit, gündəlik rejim, dərs prosesi və sosial münasibətlər uşağın fiziki, emosional vəziyyətinə təsir göstərə bilər. Bu səbəbdən məktəbə uyğunlaşma prosesinə xüsusi diqqət yetirilməlidir. Şagirdlərin məktəbə daha rahat uyğunlaşması üçün, ilk növbədə, mehriban, səmimi və təhlükəsiz sinif mühiti yaradılmalıdır. Uşaq özünü rahat hiss etməli, fikirlərini sərbəst ifadə edə bilməli və səhv etməkdən qorxmamalıdır. Çünki uşağın səhv etməkdən çəkinmədiyi mühitdə onun üçün öyrənmək və inkişaf etmək daha asan olur.

Dərslərdə oyunlardan, yaradıcı və maraqlı fəaliyyətlərdən, qrup işlərindən, hərəkətli tapşırıqlardan istifadə uşaqların diqqətini cəlb etməyə, onların məktəbə uyğunlaşmasını asanlaşdırır. Müəllim hər şagirdin fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Bəzi uşaqlar yeni mühitə çox tez uyğunlaşır, bəzilərinə isə bunun üçün daha çox zaman və dəstək lazım olur. Bu baxımdan uşaqları bir-biri ilə müqayisə etmək düzgün deyil. Əksinə, hər bir şagirdin kiçik uğurunu belə görmək, onu təqdir etmək və müsbət motivasiya vermək uşağın özünəinamının formalaşmasına kömək edir.

Məktəbə uyğunlaşma prosesində valideyn-müəllim əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Müəllim uşağın məktəbdəki davranışı, emosional vəziyyəti və uyğunlaşma prosesi barədə valideynlərə mütəmadi məlumat verməlidir. Valideyn də uşağın evdəki davranışında baş verən dəyişiklikləri müəllimlə bölüşməlidir. Unutmamalıyıq ki, məktəbə uyğunlaşma yeni sosial mühitə daxil olmaq, özünəinam qazanmaq, ünsiyyət qurmaq, qaydalara əməl etmək və tədricən müstəqil davranmağı öyrənmək prosesidir.

Səbirli, anlayışlı və dəstəkləyici müəllim şagirdinin məktəb həyatına inamla başlamasında mühüm rol oynayır. Bəzən bir xoş söz, kiçik bir təbəssüm və ya uşağın göstərdiyi səylərin təqdir olunması onun məktəblə bağlı bütün təsəvvürünü dəyişə bilər. İlk məktəb günləri uşağın yaddaşında uzun illər qalır və bizim vəzifəmiz bu xatirələrin mümkün qədər gözəl olmasına çalışmaqdır.

Mövzu ilə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova məktəbə başlayan uşaqların sağlamlığı və qidalanmasının da yeni mühitə adaptasiyaya kömək olduğunu dedi:

– Məktəbə başlamazdan əvvəl valideynlər övladlarının yaşına uyğun bütün peyvəndlərinin tamamlandığından əmin olmalıdır. Məktəb mühitində uşaqlar gün ərzində bir-biri ilə sıx təmasda olduqları üçün yoluxucu xəstəliklərin yayılma riski də artır. Bu baxımdan, peyvəndlərin vaxtında vurulması digər uşaqların da sağlamlığının müdafiəsi baxımından əhəmiyyətlidir.

Əgər uşaq məktəbə getməkdən çəkinirsə və ya imtina edirsə, bunun səbəbi ayrılıq narahatlığı, yeni mühitə uyğunlaşmaqda çətinlik, yorğunluq və ya yuxu rejiminin pozulması ola bilər. Bəzən dərs yükü, müəllim və ya sinif yoldaşları ilə münasibətlər, öyrənmə çətinliyi və ya sağlamlıq problemi də bu davranışa səbəb olur. Məktəbə başladıqdan sonrakı ilk həftələrdə qısamüddətli etiraz, ağlama və səhərlər valideyndən ayrılmaq istəməmək çox vaxt adi adaptasiya çətinliyi sayılır. Uşaq evdə sakitləşirsə və tədricən məktəb rejiminə uyğunlaşırsa, adətən narahatlığa əsas olmur. Lakin bu vəziyyət bir neçə həftədən çox davam edərsə valideyn bu məsələyə xüsusi diqqət yetirməlidir.

Uşağın məktəbə uyğunlaşmasını asanlaşdırmaq üçün məktəb başlamazdan bir neçə həftə əvvəl hazırlıq aparılmalıdır. İlk növbədə, uşağın gündəlik rejimini tədricən məktəb qrafikinə uyğunlaşdırmaq, yuxu və oyanma saatlarına diqqət etmək vacibdir. Uşağı məktəb ləvazimatlarının seçiminə cəlb etmək, çantasını və digər əşyalarını birlikdə hazırlamaq onda məktəbə qarşı maraq və müsbət münasibət yarada bilər. Gedəcəyi məktəbi əvvəlcədən tanıtmaq, mümkün olduğu halda məktəb binasını, sinfi və həyəti göstərmək də uşağın yeni mühitə uyğunlaşmasına kömək edir. İlk günlərdə valideynlərin sakit və dəstəkləyici davranması xüsusilə önəmlidir.

Uşaq məktəbə başlamazdan əvvəl fikirlərini aydın ifadə etməyi və sadə tapşırıqları yerinə yetirməyi bacarmalıdır. Valideynlərə tövsiyə olunur ki, uşaqlarına ayaqqabı geyinmək, əllərini yumaq və əşyalarını səliqəli saxlamaq kimi vərdişləri mümkün qədər sərbəst yerinə yetirmələri üçün şərait yaratsınlar. Kitab oxumaq, oyun oynamaq və gündəlik söhbətlər etmək uşağın diqqətini, yaddaşını, nitqini və sayma bacarığını inkişaf etdirir. Ona növbə gözləməyi, qaydalara əməl etməyi, yaşıdları ilə mehriban davranmağı və fikirlərini düzgün ifadə etməyi öyrətmək vacibdir.

Ləman TƏHMƏZ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 02:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see300

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see276

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see272

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see265

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see259

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see249

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see242

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see233

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see229

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see225

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see223

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see213

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see209

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see209

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see201

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see194

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see190

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see184

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri