Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Dərslər buna görə dayandırılmadı Ekspert açıqladı

Dərslər buna görə dayandırılmadı Ekspert açıqladı

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son iki həftə ərzində ölkədə davam edən güclü qar və buzlaşma səbəbindən məktəblərdə davamiyyət ciddi şəkildə azalıb. Hava şəraitinin çətinləşməsi şagirdlərin məktəbə gedib-gəlməsini təhlükəyə atsa da, dərslərin rəsmi olaraq dayandırılması ilə bağlı qərar verilməməsi qanunvericiliyin bu hissədə boşluğundan asılıdır.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, bir çox ölkədə hava şəraiti ilə bağlı dərslərin dayandırılması haqqında qərarlar mərkəzi və yerli hökumətlər tərəfindən verilir. Azərbaycanda isə məktəblərin bağlanması qərarı yalnız Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən koordinasiya olunduqdan sonra verilir:

“Hazırda dərslərin dayandırılmamasının bir neçə əsas səbəbi var. İlk növbədə, tədrisin davamlılığı prioritet sayılır. Son illərdə pandemiya dövründə dərslərin uzun müddət dayandırılması təhsil prosesinə mənfi təsir edib. 2020-2021-ci illərdə Azərbaycanda orta məktəblər təxminən 6 ay müddətində tam və ya qismən bağlanıb, bu da şagirdlərin bilik səviyyəsində ciddi geriləmələrə səbəb olub. Beynəlxalq araşdırmalar göstərir ki, pandemiya dövründə təhsil fasilələri nəticəsində qlobal miqyasda şagirdlərin riyaziyyat və oxu bacarıqlarında orta hesabla 6 aylıq geriləmə olub. Azərbaycan hökuməti də bu təcrübədən nəticə çıxararaq, dərslərin dayandırılmasını son variant kimi nəzərdən keçirir.

Havanın kəskinləşməsi səbəbindən dərslər dayandırılsa, alternativ kimi onlayn təhsilə keçid təklif edilə bilər. Lakin pandemiya dövründə onlayn təhsilin səmərəsiz olduğu üzə çıxıb. Xüsusilə bölgələrdə internetin keyfiyyətinin aşağı olması, bəzi ailələrdə texniki avadanlığın olmaması və müəllimlərin onlayn dərs metodlarına tam uyğunlaşmaması bu seçimi çətinləşdirir.

Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti yolların açıq saxlanılması üçün texnikalarla işləyir. Bu baxımdan, məktəblərin bağlanmasını tələb edən kütləvi bir fövqəladə vəziyyət hələ ki, qeydə alınmayıb. Əgər məktəblər bağlanarsa, bu, valideynlər üçün də əlavə problemlər yarada bilər. İşləyən valideynlər uşaqlarının evdə qalması üçün alternativ həll yolları tapmaq məcburiyyətində qalırlar. Xüsusilə tibb və ictimai xidmət sahələrində çalışan valideynlər üçün bu, əlavə çətinlik yarada bilər”.

K.Əsədov bildirib ki, hazırkı vəziyyətdə Azərbaycanda məktəblərin tamamilə bağlanması əvəzinə daha çevik və fərqli yanaşmalar tətbiq edilə bilər:

“Hər bölgənin hava şəraiti fərqlidir. Ona görə də, ümumi ölkə miqyasında bağlanma əvəzinə, yerli icra hakimiyyətlərinə və məktəb rəhbərliklərinə bu qərarı qəbul etmək səlahiyyəti verilməlidir. Şagirdlərin təhlükəsizliyi valideynlərin qərarına buraxılmalıdır. Əgər bir ailə hesab edirsə ki, uşağı məktəbə gedərkən təhlükə ilə üzləşə bilər, onda həmin şagirdin devamsızlığına görə heç bir cəza tədbiq edilməməlidir. Qış aylarında məktəblərdə isinmə sistemləri və məktəb servislərinin fəaliyyəti gücləndirilməlidir. Bu halda, şagirdlərin məktəbə gəlməsi daha təhlükəsiz olar.

Son nəticədə, Azərbaycanda dərslərin dayandırılmaması hökumətin təhsil sistemini dayanıqlı saxlamaq cəhdinin bir hissəsidir. Lakin hava şəraiti daha da pisləşərsə və davamiyyət kritik həddə düşərsə, yaxın günlərdə dərslərin qismən və ya tamamilə dayandırılması ilə bağlı qərar verilə bilər”.

Nigar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri