Icma.az
close
up
RU
Dərslər distant olur? AÇIQLAMA

Dərslər distant olur? AÇIQLAMA

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 15-dən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinə start verməsi ilə əlaqədar "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.

Həmin vaxtdan etibarən "yaşıl" xətt üzrə hərəkət etmək istəyən sərnişinlər "28 May" və "Nizami" stansiyalarından çıxaraq, digər stansiyalar istiqamətində avtobuslarla hərəkət etməlidirlər.

Vətəndaşların fikrincə, hazırda metroda sıxlıq müşahidə edilməsə də, yeni tədris ili başlananda sərnişindaşımada çətinliklər yaranacaq, sıxlıq müşahidə ediləcək. Sezar pizza

Maraqlıdır, bəs görəsən, sıxlığın həddən artıq çox olacağı təqdirdə distant təhsilə keçid edilə bilərmi?

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev bildirib ki, yeni tədris ilinin başlanması ilə Bakıda tələbə axını olacaq və sərnişindaşımada gərginlik yaranacaq:

"Bununla yanaşı, ölkəmizdə keçirilən "Formula-1" yarışlarını da nəzərə alsaq, sentyabr ayında kifayət qədər yüklənmə olacağı gözləniləndir. Bu kimi halın qarşısını almaq üçün bütün ali təhsil müəssisələrinin distanta keçməsi deyil, ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə distanta keçilməsi düşünülə, nəzərdən keçirilə bilər. Yəni humanitaryönümlü, praktiki işlər tələb olunmayan ixtisaslar üzrə distant təhsilə keçmək ümumi yükün azalmasına səbəb ola bilər".

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin pandemiya dövründən bəri distant təhsil sisteminə keçməklə bağlı təcrübələri var:

"Sıxlığın qarşısını almaq üçün ali təhsil müəssisələrində dərs günlərinin sayı azaldıla bilər. Yəni əyani və onlayn dərslərin qrafikləri tənzimlənərsə, həftədə iki dəfə olmaqla gün ərzində bir-iki dərs əyani formada, digər günlərdə distant formada təşkil oluna bilər. Habelə bəzi ixtisaslar ümumiyyətlə distanta keçə bilər və bununla da müvəqqəti olaraq bu sıxlığın qarşısını almaq mümkündür".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Avqust 2026 03:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri