Icma.az
close
up
RU
“Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var”

“Dəstə bu üç qadından ibarət deyil, arxalarında duranlar var”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımi, Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov və baş həkimi işləmiş Xuraman Cəfərova məhkəmədə dindiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün belə qərar qəbul edib.

Ötən həftə zərərçəkmişlərdən biri-Tural Nəsmiyevin bu barədə vəsatət qaldırması barədə məlumat vermişdik. Bu gün bütün zərərçəkmişlər, müttəhimlər və vəkilləri vəsatəti müdafiə edib, onun təmin edilməsini istəyiblər. Prokuror da həkimlərin dindirilməsinə etiraz etməyib, qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Vəsatəti qaldıran zərərçəkmiş niyə adları çəkilən həkimlərin dindirilməsinin vacib olduğuna aydınlıq gətirib: “Direktor və baş həkim hansı əsasla Aynur Bayramovanı Mərkəzə buraxıblar?! Ona hər cür şərait yaradılıb. Bundan əlavə, mütəşəkkil dəstə yalnız bu üç qadından ibarət deyil. Bəllidir ki, onların arxasında duranlar var. Təqsirləndirilən şəxslərin aralarında olan telefon danışıqları da çıxarılsın. Bütün bu məsələlərə aydınlıq gətirilməlidir”.

Sədrlik edən hakim Azad Məcidov talassemiyalı uşaqların müalicəsi üçün ayrılmış pulların ələ keçirilməsi cinayəti ilə bağlı adıçəkilən həkimlərin məhkəməyə çağırılmasının zəruri olduğunu deyib. Bu səbəbdən vəsatət təmin edilib. Amma Mir Cəlal Kazımi, Valeh Hüseynov və Xuraman Cəfərova ittiham tərəfinin bütün şahidləri ifadə verdikdən sonra dindiriləcəklər. 

Proses digər zərərçəkmişlərin ifadələri ilə davam edib.

Natiq Qubadov deyir ki, talassemiyadan əziyyət çəkən övladının müalicəsi üçün Aynurla Nuridəyə 83 min dollar verib. Həmin məbləğdən 16 min 500 manatını hələ də ala bilməyib. Zərərçəkmiş iş üzrə istintaqdan da narazıdır. Hesab edir ki, xanım müttəhimlər bu işi tək görməyiblər: “Bu kimdir hamını aldatsın, (Nuridəni işarə edir-red) canı-cəsədi nədir? Əminəm ki, arxasında başqa adam dayanır. İndi mənim balam sağalıb deyə bir az toxtamışam, yoxsa ciyərini çıxarardım”.

Zərərçəkmiş geri qaytarılmayan pulunu Nuridə ilə Aynurdan tələb edib. 

Özünə qarşı ittihamlarla razılaşmayan Aynur yenə səsini yüksəldib. Hətta birgə mühakimə edildiyi Nuridəni təhqir edib. Aynur hərəkətlərinə görə bir neçə dəqiqəlik zaldan çıxarılıb.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

Sail Ağasəlim


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri