Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Dəstə kiçilir, qiymət artır Göyərtini bahalaşdıran səbəblər nədir?

Dəstə kiçilir, qiymət artır Göyərtini bahalaşdıran səbəblər nədir?

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəlif salatlar və dadlı təamların hazırlanmasında istifadə olunur. Son zamanlar bazarlarda göyərti çeşidlərinin azaldığı nəzərə çarpır. Üstəlik, qiymətlər əvvəllər dəstəyə görə 15-20 qəpik arası olsa da, indi 23-25 qəpikdir. Qiymət artımı ilə yanaşı, göyərti dəstələrinin ölçüsü də kiçilib.

Artıq bir dəstədəki göyərti sayı bəzən bir neçə saplaqla məhdudlaşır. Bunu əsasən reyhan və göy soğanlarda daha çox müşahidə etmək mümkündür. Maraqlıdır ki, bu tendensiya tək Bakıda yox, elə paytaxtı göyərti ilə təmin edən əsas rayonlarda da müşahidə edilir. Bəs bu vəziyyətə səbəb nədir?

Dəstələrin kiçik olmasının səbəbi mövsümlə bağlıdır

Satıcı Famil Əhmədovun sözlərinə görə, hazırda göyərtilərdən ən bahası reyhandır. Dəstəsinin qiyməti 50 qəpikdir. Digər göyərtilərin bir dəstəsinin qiyməti isə 25 qəpiyədir. Dəstələrin kiçik olmasının səbəbi isə mövsümlə bağlıdır.

Meyvə-tərəvəz dükanı işlədən Əli İsmayılov isə göyərtilərin qiymətlərinin dəyişmədiyini vurğuladı: “Qiymətlərdə hazırda artım mövcud deyil. Bayrama görə sahələrdə göyərti az idi. Yalnız bu səbəbdən həmin dövrdə artım oldu. İndi isə qiymətlər əvvəlki vəziyyətinə qayıdıb”.
Eyni ərazidə göyərti satan Səkinə Nuriyeva isə deyir ki, havalar isinəndə bazar yenidən canlanacaq: “Qışdır, rayonlarda qar yağır deyə göyərti bu qədər azdır. Biz məhsulu Bərdədən gətiririk. Göyərtinin bir dəstəsi 20 qəpikdir. Martda havalar isinəndə bolluq olur. Qiymətlər də həmin dövrdə enəcək”.

Göyərtini 80 faiz bahalaşdıran səbəblər

Kənd təsərrüfatı eksperti, sahibkar Eldar Hüseynovun sözlərinə görə, bayram göyərti sektoruna da öz təsirini göstərib: “Bayram olması ilə əlaqədar işçilər sahələrə çıxmadı. Beləliklə, bazarda qıtlıq yarandı. Bundan da bəzi işbazlar istifadə etdilər və qiymətləri qaldırdılar. Bu ərəfədə Azərbaycandan Rusiya bazarına gedən göyərti də çoxaldı. Məhsulun böyük qisminin Rusiya bazarlarına axını başladı. Məsələn, qırmızı kahı deyilən göyərtinin qiyməti Azərbaycan bazarında iki gün ərzində 80 faiz bahalaşdı. Qara reyhan da xeyli bahalaşdı”.
Ekspertin fikrincə, bayramdakı bahalaşmadan əvvəl havaların da qeyri-mülayim keçməsi öz sözünü demişdi: “Son 20 gündə güclü şaxtalar oldu və həmin dövrdə əkinçilər hazırlıqsız yaxalandılar. Gündüz yağışlar yağdı, gecə güclü şaxtalar oldu. Şirvanda əkilən şüyüd, Bakı kəndlərində, Bərdədə açıq sahələrdə əkilən göyərtilər məhv oldu. Yalnız istixanalarda olan məhsullar qaldı. Bakı kəndlərində və Şəmkirdə istixanalarda göyərtilər boldur. Bu da onu deməyə əsas verir ki, tədricən bu məhsulların qiyməti enəcək”.

“Bazarlara çıxarılarkən nəzarət yoxdur”

E.Hüseynov dəstələrin niyə kiçilməsi məsələsinə də aydınlıq gətirdi: “Göyərti əkinləri əsasən Bakı kəndlərindən başlayıb. Həmin ərazilərdə də göyərtilər kiçik bağlanılır. Hazırda bazarlarda üstünlük Bakı göyərtilərindədir. İri dəstələri Bərdə və Şəmkir zonasında bağlayırlar. Onların da göyərtiləri Rusiyaya göndərilir. Bakı göyərtisinin üç dəstəsi Bərdə göyərtisinin bir dəstəsi boydadır. Bazarlarda da rayondan göyərtiləri alıb, bir böyük dəstədən üç kiçik dəstə düzəldirlər”.

Müsahibimizin sözlərinə görə, bazarın tələbləri indiki halda belə olduğu üçün heç nə etmək mümkün deyil: “Göyərti bazarlara çıxarılarkən nəzarət yoxdur. Hər şey yalnız insanların vicdanına qalır. Məsələn, gələcəkdə müxtəlif göyərti çeşidləri fərqli üsullarla satıla bilər. Xarici ölkələrdə buzun içində saxlanılır, onlar üçün xüsusi soyuducular mövcuddur və bəzi ölkələrdə göyərtilər dəstə ilə deyil, kilo ilə satılır. Amma hazırda tendensiya belədir və insanlar da bunu belə qəbul edib”.

“Kəndliyə dəstək olmalıdır”

İqtisadçı Pərviz Heydərov hazırkı problemin səbəbini bütün təsərrüfatların istixana şəraitində ola bilməməsində görür: “Göyərti əkinləri əsasən fərdi təsərrüfatlarda olur. O səbəbdən onlara nəzarət olunmasını düzgün hesab etmirəm. Göyərti haqqında danışdıqda mövsümü də nəzərə almalıyıq. Çünki fərdi təsərrüfatların heç də hamısında soyuq və şaxtalı havada göyərti yetişdirmək mümkün deyil. İstixana formasında yetişdirmək də elə asan olmur. Qış mövsümündə məhsulların keyfiyyətinin aşağı olması, qiymətinin yüksəlməsi təbii qəbul olunmalıdır. Amma keyfiyyəti aşağı düşən sadəcə göyərti deyil. Bu tendensiya digər kənd təsərrüfatı məhsullarında da müşahidə edilir”.
İqtisadçının fikrincə, ev təsərrüfatlarına da müəyyən dəstək məqsədli addımlar atılarsa, bu sahədə qiymətləri az-çox tənzimləmək mümkün olar: “Bazarda məhsulların daha keyfiyyətli və bol olması, qiymətinin münasib olması kimi məsələlərlə bağlı ev təsərrüfatlarının fəaliyyətinə xüsusi diqqət yetirmək lazımdır. Yəni, yalnız iri fermer təsərrüfatları olmalı deyil. Bəzən olur ki, fərdi təsərrüfatlarda yetişən məhsul daha keyfiyyətli olur. İri təsərrüfatlardan çıxan məhsullar qiymət cəhətdən də fərqlənir”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri