Icma.az
close
up
RU
Detoks sağlamlıq üçün faydalıdır? AÇIQLAMA

Detoks sağlamlıq üçün faydalıdır? AÇIQLAMA

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə sağlam həyat tərzi və ideal bədən quruluşuna sahib olmaq arzusu bir çox insanı müxtəlif üsullar axtarmağa yönəldib. Bu üsullar arasında ən çox diqqət çəkənlərdən biri də detoks proqramlarıdır. Maraqlıdır, bəs detoks proqramları həqiqətən də faydalıdırmı?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, detoks yalnız mütəxəssis nəzarətində tətbiq olunmalıdır:

“Detoks, orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsi, həmçinin yağlı qidaların həzmini yaxşılaşdırmaq məqsədilə tətbiq olunan vasitələrdir. Lakin detoks proqramlarını mütəxəssis olmayan şəxslər təyin edə bilməz. Bu, tibbi baxımdan qadağandır. Bəzi televiziya kanallarında müxtəlif detoks çayları və məsləhətlər göstərilir. Bu düzgün deyil və yalnız reytinq toplamaq məqsədilə edilir. Hər bir insan fərdidir və onun öz xüsusiyyətlərinə uyğun proqram hazırlanmalıdır”.

Dietoloq qeyd edib ki, müalicə baxımından fərdi detoks çayları və xüsusi reseptlər mövcuddur:

“Öncəliklə pasiyent müayinə olunur və piylənmənin səbəbi araşdırılır. Piylənmədən əziyyət çəkənlərlə yanaşı, qastroenteroloji problemi olanlar da müraciət edirlər. Pasiyentlərlə ilk növbədə psixoloji söhbət aparılır. Şikayət varsa, ona əsasən qan analizləri və daha geniş müayinə təyin olunur. Nəticədə, yaşadığı ölkə, iqlim, keçirdiyi xəstəliklər və analizlərin nəticələrinə əsaslanaraq fərdi proqram hazırlanır. Məsələn, detoks çayının tərkibində zəncəfil ola bilər. Lakin pasiyentin bağırsaq xorası varsa, bu ona zidd olar. Televiziya kanallarında təqdim olunan məsləhətlər insanlara ağır fəsadlar verə bilər. Birinin mədəsində ciddi problemi, başqasının isə Haşimoto xəstəliyi ola bilər. Haşimoto xəstələrinə xüsusi proqramlar təyin olunur. Eyni zamanda, piylənmədən əziyyət çəkən və təzyiq problemi olan pasiyent üçün çay onun təzyiqini artırmadan seçilir. Bəzən tərkibdəki bitkilər təzyiqi salmaq üçün nəzərdə tutulur, lakin pasiyent artıq hipotoniya xəstəsidirsə, diqqətlə seçilməlidir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri