Icma.az
close
up
RU
Deyərlər ki, qonşuya ümid olan şamsız qalar... POLITOLOQ

Deyərlər ki, qonşuya ümid olan şamsız qalar... POLITOLOQ

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarşıda duran əsas vəzifələrdən biri bu gücü davamlı şəkildə artırmaqdır" "Azərbaycan heç kimə bel bağlamayıb, öz resurslarına, bacarıqlarına və imkanlarına istinad edib. Təbii ki, bu, sözün əsl mənasında, Azərbaycanın müstəqilliyinin göstəricisidir"

Azərbaycanın müstəqil siyasət yürütməsi, daxili resurslara əsaslanaraq iqtisadi və hərbi potensialını gücləndirməsi, eləcə də regional və beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirməsi ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Bu baxımdan, dövlətin müstəqilliyinin qorunması və milli maraqların təmin edilməsi üçün həyata keçirilən siyasətin əhəmiyyəti xüsusi vurğulanır.

Politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, istər daxili, istərsə də xarici siyasətdə əsas amil ondan ibarətdir ki, ölkənin mütərəqqi qüvvələri, vətənpərvər insanları, ilk növbədə, özlərinə arxayın olsunlar:

"Deyərlər ki, qonşuya ümid olan şamsız qalar. Bu xalq deyimi də həyatdan götürülüb. Göstərir ki, heç kim heç kimə təmənnasız kömək etmir. Əgər köməklik göstərilirsə, deməli, bunun arxasında müəyyən gözləntilər var. Həm də ən çətin məqamlarda görürsən ki, bizə kömək edənlər sonradan insanları, hətta bütöv cəmiyyətləri çətin vəziyyətə salırlar.

Ona görə də ilk gündən Azərbaycan dövlətinin siyasəti ondan ibarət olub ki, daxili resurslarımızın və daxili qüvvələrimizin hesabına müstəqilliyimizi möhkəmləndirməli, onu lazımi səviyyəyə çatdırmalıyıq. Digər tərəfdən, qarşımızda duran ən böyük problemlərdən biri ərazi bütövlüyümüzü bərpa etmək və bütün torpaqlarımız üzərində suverenliyimizi təmin etmək idi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bildirdi ki, biz onsuz da öz ərazilərimizi azad edəcəyik. Lakin bunun üçün çalışmalı və lazımi addımları atmalı idik. Bunun üçün ilk növbədə, iqtisadi dayanıqlıq, daha sonra ordu quruculuğu və nəhayət, düzgün, praqmatik siyasi xətt lazım idi". 

Politoloq qeyd edib ki, Azərbaycan məhz bu istiqamətdə öz yolu ilə irəliləyir:

"Prezident İlham Əliyev də bu barədə danışarkən bildirir ki, Azərbaycan heç kimə bel bağlamayıb, öz resurslarına, bacarıqlarına və imkanlarına istinad edib. Təbii ki, bu, sözün əsl mənasında, Azərbaycanın müstəqilliyinin göstəricisidir.

1994-cü ildə müvəqqəti atəşkəsə nail olduqdan sonra biz "Əsrin müqaviləsi"nə imza atdıq. Bu, özünəməxsus böyük bir irəliləyiş idi. Çünki həmin dövrdə Azərbaycan dünya miqyasında qeyri-sabit regionlardan biri kimi qiymətləndirilirdi. Həqiqətən də, müharibə şəraiti mövcud idi. Buna baxmayaraq, Ulu Öndər Heydər Əliyev dünya birliyinin aparıcı transmilli şirkətlərini Azərbaycanın sabitliyinə inandıra bildi. Onları ölkəmizə dəvət edərək həm investisiya yatırmağa, həm də Azərbaycanın milli resurslarının birgə istismarına və əldə olunan gəlirlərin qarşılıqlı şəkildə bölüşdürülməsinə şərait yaratdı. Bu siyasət öz bəhrəsini verdi.

Digər tərəfdən, ordu quruculuğunu gücləndirdik və müstəqil siyasət yürütməyə çalışdıq". 

Analitik söyləyib ki, vaxtı ilə Ermənistan bizə təzyiq göstərmək, xarici qüvvələri ölkəmizin üzərinə yönəltmək üçün çoxsaylı cəhdlər edib:

"Lakin bu cəhdlər nəticə vermədi. Çünki Ermənistanın əsas məqsədi müvəqqəti əldə etdiyi üstünlüyü əbədiləşdirmək, yəni işğal etdiyi torpaqları birdəfəlik özünə birləşdirmək idi. Lakin həm Heydər Əliyev, həm də sonradan Prezident İlham Əliyev bildirdilər ki, biz torpaqlarımızı mütləq azad edəcəyik. Buna da nail olduq. Azərbaycan nümunəsi həm sabitliyimizi nümayiş etdirdi, həm də bizə başucalığı gətirdi. Bu, eyni zamanda, Azərbaycanın heç kimə möhtac olmadan öz məqsədlərinə çatdığını göstərdi.

Dünyanın maliyyə institutları bizə müraciət edərək kreditlər təklif edir, öz imkanlarından yararlanmağı tövsiyə edirlər. Ancaq Azərbaycan bu təkliflərə hər zaman müsbət yanaşmayıb. Çünki bilirdik ki, əgər bizə hər hansı imtiyazlar vəd edilirsə, bunun arxasında müəyyən təmənnalar və merkantil maraqlar dayanır.

Ona görə də biz bu təklifləri dəyərləndirərək öz imkanlarımızdan istifadə etdik, daxili resurslarımız hesabına çalışdıq və lazımi mənfəəti əldə etdik".

Müsahibimiz vurğulayıb ki, indiki dövrdə Azərbaycan yeni mərhələyə qədəm qoyur:

"Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq orta güc dövləti kimi formalaşır. Qarşıda duran əsas vəzifələrdən biri bu gücü davamlı şəkildə artırmaqdır.

Bunun üçün intellektual potensialımız var. Çünki çoxsaylı gənclərimiz və mütəxəssislərimiz həm xaricdə, həm də ölkə daxilində yüksək səviyyədə özlərini ifadə edir, böyük bilik və təcrübə qazanırlar. Digər tərəfdən, ölkənin gəlirləri artır, Dövlət Neft Fondunda və digər maliyyə qurumlarında əhəmiyyətli vəsaitlər toplanır. Bütün bunlar həm bu günümüz, həm də gələcəyimiz üçün böyük imkanlar yaradır.

Azərbaycan həqiqətən də praqmatik və rasional bir yol seçib. Öz inkişaf kursumuz milli zəmində formalaşmış. Bu, böyük potensialımızın göstəricisidir. Biz bu potensialın qədrini bilməliyik.

Eyni zamanda, qonşu Ermənistana da göstəririk ki, tam müstəqil dövlət özünü necə ifadə etməli, necə möhkəmlənməli və hansı vasitələrdən istifadə etməlidir". 

Tofiq Abbasov bildirib ki, bu, özünəməxsus inkişaf modelidir və istər dostlarımız, istərsə də bədxahlarımız bunu nəzərə almalıdırlar:

"Biz öz sabitliyimizi və inkişaf kursumuzun davamlılığını artıq sübut etmişik. Kim bəyənirsə, bəyənsin, kim bəyənmirsə, bəyənməsin. Necə deyərlər, xeyirdən xeyir güdməzlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Oktyabr 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri