Icma.az
close
up
RU
Necə deyərlər çörəyi, çörəkçiyə verəcəklər…

Necə deyərlər çörəyi, çörəkçiyə verəcəklər…

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ketrinq bazarında qiymətlərin bazara uyğun olaraq artması gözlənilir. Təbii ki, söhbət şişirdilmiş qiymətlərdən getmir”.

İnterval.Az -a bu sözləri “Dadsan Catering” şirkətinin təsisçisi və direktoru Lalə Məmmədova deyib.

Lalə Məmmədova bildirib ki, qiymətlərin artması bazarı inkişafdan salmayacaq: “Ketrinqdə müştərilərin artımı hiss edilir və bazar daha yaxşıya doğru gedir. Şirkətlər işçilərin qida ilə təmin edilməsi məsələsini ketrinqə həvalə etmək istəyirlər. Ketrinq bazarında qiymətlər artmaq məcburiyyətindədir.

Çünki bazarda bütün ərzağın qiymətlərinin artdığı vaxtda, ketrinqdə qiymətin artmaması imkansızdır. Bazar inkişaf edir, ketrinq biznesində olan insanlar da qazanmaq istəyirlər. Məncə, qiymətlərin artması bazarı inkişafdan salmayacaq”.

Azərbaycanda restoran və ketrinq bazarının gələcəyindən danışan Lalə Məmmədova qeyd edib ki, insanlar həyat tərzlərinin dəyişməsi ketrinq və restoran biznesinin də gələcəyini optimist edib:  “ İnsanlar həyat tərzində dəyişiklik müşahidə edilir. Məsələn, əvvəllər insanlar vaxtlarının çoxunu dost, yaxınlarının evində keçirməkdə maraqlı idilər. Bu gün isə müşahidə edirik ki, insanlar sosial olmağa meyl göstərirlər. Bu nüanslar restoran və ketrinq biznesinin gələcəyini daha optimist edir. Mən inanıram ki, rəhbərlər işçilərinin qida ilə təmin edilməsi məsələsini ketrinq xidmətlərinə həvalə edəcəklər. Necə deyərlər çörəyi, çörəkçiyə verəcəklər. Açığı ümidliyəm, məncə hər şey yaxşı olacaq”

Mütəxəssis bildirib ki, son beş ildə insanlar ictimai iaşə mədəniyyətində müsbətə doğru dəyişikliklər baş verib: “Daha əvvəllər insanlar ketrinqdən restoran xidməti gözləyirdilər. Ya da sevmədikləri xidməti çox kobud şəkildə ifadə edirdilər. Amma son zamanlar bu problemlər aradan qalxıb. Müştərilər başa düşür ki, ketrinq hansı xidmətləri insanlara təklif edir”.

O, iş prosesində qarşılaşdığı yaddaqalan hadisələrdən də danışıb: “Məsələn, belə bir situasiya ilə rastlaşmışdım. Müştəri xidmət xəttinə yaxınlaşıb, yemək götürür. Əməkdaşımız isə müştəriyə toyuğun hər-hansı bir hissəsini qoyur. Müştəri yemək servis ediləndən sonra, toyuğun sevmədiyi hissəsini götürüb, ümumi yemək qazanının içinə atmışdı. Bu, məncə mədəniyyətə sığmayan bir şeydir.

Daha əvvəllər insanlar düşünürdülər ki, onlar gəlib günorta yemək yeyirlərsə, onlara restoran xidməti göstərilməlidir, eyforiya yaşayırdılar. Bu isə hər zaman müştəri ilə problem yaşadırdı. Yavaş-yavaş insanlar qəbul etdilər ki, nahar etmək eyforiya yaşamaq deyil. Sadəcə sizin gündəlik yemək ehtiyacınızı ödəmək üçündür”.

Lalə Məmmədova əlavə edib ki, son beş ildə sürətli şəkildə insanlar bu mərhələlərdən keçə bildilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri