Icma.az
close
up
RU
“Deyirdi, siqaret, pivə al, qarnımıza, belimizə vururdu” Ata uşaqlarına işgəncə verib? FOTO

“Deyirdi, siqaret, pivə al, qarnımıza, belimizə vururdu” Ata uşaqlarına işgəncə verib? FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağstafanın Yeni Gün kəndində atanın azyaşlı uşaqlarını döyərək onlara işgəncə verdiyi bildirilir. Avtosfer.az xəbər verir ki, bu haqda “Qafqazinfo”ya uşaqların anası Günel Bayramova şikayət ünvanlayıb. Ana iddia edir ki, onun həyat yoldaşı, kənd sakini 42 yaşlı Oruc Əliyev öz aralarında olan mübahisələrə görə uşaqları incidirmiş.

Sonuncu davalarından sonra ata evinə gedən Günel Bayramova bildirir ki, əri evdə olmayanda uşaqlara baş çəkməyə gedib. Deyir ki, bundan hiddətlənən əri uşaqlara işgəncə verib:

“Uşaqların bədəni yara səpib. Burda da həkimdən keçdilər. Qızın ayaqları gömgöydür. Ağacla döyüb. Dünən mən yas məclisində idim. Oradan uşaqlara yemək aparmışdım. Onun üstündə döyüb ki, ananızla niyə görüşmüsünüz. Uşaqlarım azyaşlıdır. Biri dördüncü, biri üçüncü, digəri isə birinci sinifdir. İçki aludəçisidir. Qısqanclıq zəminində döyür məni. İki il əvvəl uşaqları şunurla döymüşdü”.

Azyaşlılar da ataları haqda deyilənləri təsdiqləyiblər. Bildiriblər ki, ataları onları və analarını günlərlə müxtəlif əşyalarla döyüb işgəncə verib:

“Deyirdi, get siqaret, 2 litrlik pivə al. Sonra evə gəlirdik. Döyürdü, belimizə yumruq, qarnımıza şapalaq vururdu”, - deyə uşaqlardan biri bildirib.

Məlumat üçün bildirək ki, azyaşlılar əvvəlcə xəstəxanaya yerləşdiriliblər.

Ağstafa rayon Xəstəxanasından isə bildirilib ki, müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.

Qeyd edək ki, bu, qadın və kişinin ikinci ailə həyatıdır. Onların rəsmi nikahları yoxdur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib ki, Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri