Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Dəyişən dünya və Azərbaycanın strategiyaları

Dəyişən dünya və Azərbaycanın strategiyaları

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-la Rusiya arasında ilkin danışıqlar keçirildi. Ukrayna üzrə sülh gündəliyi aktivləşdi. ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə dayandırılmasına çalışır. Bu əsnada və bu əsasda öz dövlət maraqlarını da önə çıxarır.

Bu, Ermənistana və Azərbaycan-Ermənistan sülh gündəliyinə təsir etməyə başlayıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa müraciəti də göstərir.

Paşinyan çıxışının bir hissəsini sülhə həsr edib. Təbii ki, söhbət Azərbaycanla sülh sazişindən və bunun nəticəsundə Türkiyə ilə münasibətlərin qurulmasından gedir. Ermənistan özünün başlatdığı və 2020-ci ildə uduzduğu müharibə nəticəsində özünü tələyə salıb. Özü özünü faktik təcrid edib. Bu təcriddən çıxmaq üçün isə onun yolu, təbii olaraq, həmsərhəd olduğu ölkələrdən keçir. Burada çox unikal bir vəziyyət var. Ermınistan regionda dörd dövlətlə həmsərhəddir. Onlardan üçü müsəlman ölkəsidir: Azərbaycan, Türkiyə və İran. Bu üç ölkədən ikisi türk dövlətidir - Azərbaycan və Türkiyə. Üstəlik İranın da Ermənistanla, Azərbaycanla, Türkiyə ilə həmsərhəd bölgələrdə türk əhali yaşayır.

Ermənistanın hazırda Qara dəniz vasitəsilə Qərbə çıxışı Gürcüstandan keçir. Gürcüstanla isə Azərbaycanın və Türkiyənin çox sıx tərəfdaşlığı var. Ona görə də Ermənistan baş nazirinin ortaya atdığı "Sülh kəsişməsi" adlı plan onu nəinki xilas edir, əksinə özünütəcrid vəziyyətini daha da uzadır. Bu vəziyyətdən yeganə çıxış variantı Azərbaycanla sülhə gəlməkdir. Çünki Ermənistan bir dövlət kimi qalmaq və inkişaf etmək istəyirsə, o, həm şərqə, həm də qərbə çıxış əldə etmək məcburiyyətindədir. Bu halda onun hər iki istiqamətə çıxışı türk dövlətləri vasitəsilə mümkündür: Ermənistanın şərqə (eləcə də, şimal-şərqə) ən rahat yolu Azərbaycandan, qərbə yolu isə Türkiyədən keçir. Necə deyərlər, coğrafiya taledir, Ermənistan bu tale ilə barışmağa mıcburdur. Başqa yolu yoxdur.

Obrazlı ifadə etsək, Nikol Paşinyanın güvəndiyi dağlara nəniki qar yağır, hətta qar uçqunları var. Söhbət ABŞ-a və Avropa İttifaqına olan güvəndən gedir. İndi bu iki qlobal güc arasında "soyuq müharibə" var. Ticarət müharibəsi yetişir. Donald Trampın Rusiya-Ukrayna müharibəsinə yanaşma tərzi, eləcə də, Avropa ölkələrinə qarşı ticari tələblər Qoca Qitə üçün yeni qayğılar yaradıb. Bu fonda Fransanın, eləcə də, Avropa İttifaqının Nikol Paşinyana verdikləri sözlərin arxası boş görünür. Üstəlik ABŞ-la Rusiya arasında yaranan kontaktlar, anlaşna və uzlaşma ehtimalı Rusiya ilə siyasi konfrontasiya yolu tutmuş Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Donald Tramp administrasiyası silahlı müharibələri dayandırmaq istəyir. Bu baxımdan Ermənistanın Azərbaycanla mümkün revanş müharibəsi də ən azı bu tarixi dönəmdə gündəmdən çıxır. Tramp administrasiyası daha bir bölgədə yeni müharibə ocağının yaranmasında maraqlı olmayacaq. Bunu Nikol Paşinyan da yaxşı bilir. Etiraf edilməsə də, Ermənistanın son illər sürətli, intensiv, aqressiv silahlanmasının mənasızlığı ortaya çıxır. Eləcə də, "Avropa İttifaqının Müşahidə Missiyası" adı altında NATO hərbi bazasını Ermənistanda yerləşdirmək planı da iflasa uğrayır. Çünki ABŞ-ın daha bir məsrəfli layihəyə dəstək verəcəyi şübhəlidir.

Avropa ölkələrinə gəlincə, ABŞ-ın indiki mövqeyi fonunda yeni xərcləmələr onlara da sərfəli deyil. Üstəlik ABŞ indiki strategiyasını - Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinə dair geosteateji planlarını həyata keçirmək istəyirsə, bu, Azərbaycan və Türkiyə vasitəsilə mümkündür. Çünki ABŞ-ın Cənubi Qafqaza yolu Türkiyədən, Mərkəzi Asiyaya yolu isə Azərbaycandan keçəcək. Bu yolun çox qısa bir hissəsi Ermənistan ərazisinə düşür ki, buna da "Zəngəzur dəhlizi" adı verilib. Azərbaycanın və Türkiyənin ortaq strategiyası da burda tam mənada reallaşmaq imkanı qazanır. Bu, Anadolunu, Cənubi Qafqazı və Mərkəzi Asiyanı vahid geosiyasi və geostrateji məkanda birləşdirməkdur. Buna "Türk zolağı", "Türk birliyi", "Türk dünyası" adları da verilib. Prezident İlham Əliyev isə daha yığcam və daha anlamlı bir ifadə edib: "Türk ailəsi". Prezident öz çıxışlarının birində elə bu cür də demişdi: "Bizim ailəmiz Türk dünyasıdır. Başqa ailəmiz yoxdur".

Bu iki qısa cümlədə nəhəng bir strategiya ifadə olunmuşdu. Təbii ki, bu ailənin institusional forması da tapılıb: Türk Dövlətləri Təşkilatı. Bu Ailə möhkəmləndikcə, Ermənistanın manevr imkanları da daralır. Yaranmış yeni geosiyasi reallıqlar rəsmi İrəvanı çıxış yolları axtarmağa sövq edir. Ona görə də ən azı sözdə Azərbaycanın tələblərini yerinə yetirməyə meyllənir. Nikol Paşinyanın yeni Konstitusiya ilə bağlı söylədikləri də bundan irəli gəlir; bu yeni Konstitusiya layihəsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etmək nümkündür. Belə bir addımı Paşinyan özü ata bilməz, referenduma çıxarmaqla ümumxalq dəstəyi almalıdır. Eyni zamanda Paşinyan bununla özü üçün yeni manevr müstəviləri yaradıb, oyunlarını genişləndirmək istəyir. Bu, aydın görünür. Ermənistan baş naziri başa düşür ki, axır-əvvəl Azərbaycanın dediyinə gələcək. Görünür, bunun hüquqi, siyasi və ictimai zəminlərini formalaşdırmağa çalışır.

Rəsmi İrəvan anlayır ki, Ukraynanı Ukrayna ilə bağlı masadan uzaqlaşdıran güc Ermənistanla da eyni cür davrana bilər.

ABŞ-ın yeni administrasiyası Rusiyadakı və Ermənistandakı səfirlərini dəyişməyə hazırlaşır. Bu, hər iki ölkə ilə bağlı Vaşinqtonun əvvəlki siyasətini dəyişəcəyinə işarədir. Aydındır ki, Ermənistandakı səfir Kristina Kvin və Rusiyadakı səfir Lin Treysi Bayden-Blinken xarici siyasətinin narrativlərini icra etmişlər. Yeni formalaşan münasibətlərdə bu fiqurların yeri artıq yoxdur. Xüsusilə, Kristina Kvin mandatından kənara çıxaraq, ABŞ-ın Ermənistandakı səfiri deyil, Ermənistan üçün səfir səviyyəsinə enmişdi. O, bölgədə revanşist müharibə ehtimalına işləyirdi. Hətta təmsil etdiyi Amerika dövlətini aşağılayaraq, gəlib binoklla Azərbaycanla sərhədləri, Azərbaycan ərazilərini müşahidə edir, Ermənistan üçün kəşfiyyat xidməti göstərirdi. Bu, təbii ki, yeni Administrasiyanın izləmək istədiyi siyasətlə uzlaşmır.

Bu şəxs - Ermınistandakı səfir Kvin USAİD, Soros,Fondu kimi təşkilatların Ermənistandakı fəaliyyətlərini təşkil edib, əlaqələndirirdi. Əgər elə təkcə USAİD-in Ermənistandakı şübhəli işləklərini götürsək, səfir Kristian Kvin, Donald Trampın təbirincə, "görünməmiş miqyasda korrupsiya" sxeminin səfiri kimi fəaliyyət göstərib. İlon Maskın ifadəsi ilə desək, "cinayətkar təşkilat" ilə Ermənistan hökuməti arasında vasitəçilik edib. Bu isə nəinki ABŞ-ın yeni hökumətinin siyasətinə, ən əsası, ABŞ-ın köklü maraqlarına daban-dabana ziddir.

Əslində bununla bağlı lazım olanları Azərbaycan dəfələrlə ABŞ-a bildirmişdi, vəziyyətdən rəsmi Vaşinqtonu xəbərdar edirdi. Ancaq Bayden administraiyası bu xəbərdarlıqları "eşitmədi". Çünki əslində səfir Kvin burada çox xırda vint rolunu oynayırdı. O, Co Bayden-Entoni Blinken-Samanta Pauer üçbucağının iradəsini yerinə yetirirdi.

Azərbaycan, dediyimiz kimi, bütün bunları görür, izləyir, öz mövqeyini bildirirdi. Bu, əlbəttə, detallardan biridir. Hadisələrin indiki inkişafı bir daha göstərdi ki, Azərbaycan prezidenti İlham Əliyev ABŞ-dakı seçkilərin nəticələrini vaxtından əvvəl və düzgün hesablaya bilmişdi. O, Amerikada kimin hakimiyyətə gələcəyini, yeni hakimiyyətin xarici siyasətinin hansı istiqamətdə qurulacağını hətta Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrin rəhbərlərindən də daha əvvəl və daha dəqiq proqnizlaşdırmağı bacarmışdı. Bunu prezident İlham Əliyevin 2024-cü ildəki və daha əvvəlki çıxışlarından, müsahibələrindən də görmək olur. Avropanın iri dövlətlərinin liderləri Demokratlara dəstək verərkən, Azərbaycan prezidenti Donald Trampın qələbəsini əvvəlcədən görürdü.

Ümumiyyətlə, Azərbaycanın dünya siyasətinə dair proqnozlarının, eləcə də, qurduğu strategiyaların daha düzgün olduğu dəfələrlə sübut olunub. Bu barədə çoxlu misallar çəkmək olar. Bu baxımdan, Azərbaycan prezidentinin Cənubi Qafqazın gələcəyi, sülh gündəliyi, "Zəngəzur dəhlizi", Qərbi Azərbaycanlıların qayıdışı, Türk dünyası və sair ilə bağlı dedikləri, sadəcə, gəlişigözəl sözlər deyil, bunlar dərindən düşünülmüş, düzgün proqnozlar əsasında diqqətlə hazırlanmış strateji planlardır, hədəflərdir. Əlverişli şərtlər formalaşdıqca, Azərbaycan öz planlarını bir-bir həyata keçirir və keçirəcək. Bunu 2020-ci ildəki müharibə, 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri də göstərib. Azərbaycan prezidenti bu planları əvvəlcədən qurmuş, dövləti, xalqı, ordunu bu məqsədlərə kökləmiş və uyğun zamanı, əlverişli şəraiti gözləmişdi. Məqam yetişəndə isə öz planlarını bir-bir reallaşdırdı. İndi də eyni situasiyadır. Zahirən elə görünür ki, bir çox məsələlərin həllinə Azərbaycan gecikir. Əslində isə diqqətlə təhlil edərkən görmək olar ki, bu, belə deyil. Elə məqamlar var ki, tələsmək gecikməkdən daha təhlükəli ola bilər. Azərbaycandan asılı olmadan formalaşan şərtıər də var, Azərbaycanın formalaşdırmalı olduğu şərtlər də var. Odur ki, diplomatiya çox gecikmədən və çox tələsmədən diqqətlə işləməyə çalışır. "Müharibə diplomatiyanın silahlı davamıdır" deyə bir fikir var. Azərbaycan bu mərhələni uğurla keçib. Bakının indiki diplimatiyası isə qalibiyyətli müharibənin masa arxasında davamıdır. İlkin nəticələri uğurludur, yekun nəticənin də uğurlu olacağı gözlənilir.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri