Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

Mbappe tarixə düşdü Peledən sonra ilk

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Damarları tıxananlar bu qidalardan imtina etsin

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Miri Yusiflə Aiseldən yeni layihə

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

Dəyişikliklərə məruz qalan təhsil sistemləri, onların müsbət və mənfi tərəfləri

Dəyişikliklərə məruz qalan təhsil sistemləri, onların müsbət və mənfi tərəfləri

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Təhsil bir millətin, dövlətin gələcəyidir. Məhz bu səbəbdəndir ki, dövlətlər bu sektorun inkişafına hər zaman xüsusi qayğı ilə yanaşır, gələcək kadr potensialının formalaşmasının yolunun məhz düzgün təhsildən keçdiyini nəzərə alaraq bu sahəyə daha çox diqqət ayırırlar.
Bu bir danılmaz faktdır ki, günümüzdə dünyamız sürətli dəyişikliyə məruz qalır. Texnologiyanın və kommunikasiya vasitələrinin inkişafı sayəsində bir ölkədə baş verən hadisə digər ölkələrə yayılır və onlar müzakirə edilir, təhlillər aparılır. Hər birimizin faydalana biləcəyimiz informasiya mənbə və vasitələri bütün təfərrüatı ilə diqqətimizə çatdırılır. Müxtəlif ölkələrin əməkdaşlığını təmin edən təşkilatlar maraqlı qərarlar qəbul edir və bu qərarlar hətta digər ölkə xalqlarının marağına səbəb olur. Beləliklə, dünya ictimai rəyi formalaşır və bu rəy bəzən o qədər önəmli olur ki, ölkələr öz problemlərinin həllində o rəyə əsaslanırlar.
İnsanın inkişaf etməsində elm və texnologiya sahəsində gedən dəyişikliklərin rolu danılmazdır. Bir çox sosial- iqtisadi və mədəni şəraitin təsiri altında olan təhsil sistemləri dəyişikliklərə məruz qalır. Bildiyimiz kimi, cəmiyyətlərin sürətli inkişafı, əhali artımı və demokratikləşmə bütün ölkələri narahat edən əsas problemlərdəndir. Bu baxımdan, dünya ölkələri cari təhsil problemlərini müəyyənləşdirir, bu problemin həlli yollarını araşdırır və ona müvafiq islahat layihələri hazırlayıb, həyata keçirirlər. Demək olar ki, təhsil islahatları 1958-ci ildən başlayaraq beynəlxalq xarakter almağa başladı. Təhsil islahatının universal xarakter daşıdığı bir zamanda demək olar ki, bütün xalqların təhsil problemlərində oxşarlıqlar da özünü göstərir. Təbii ki, hər bir dövlət bunu özünəməxsus şərtlərinə müvafiq formada həll edirlər, lakin problemin həlli yollarını müəyyən edən zaman digər ölkələrin (xüsusən, inkişaf etmiş ölkələrin) yanaşmalarını da nəzərə alırlar.
Dövrümüzdə akademik tədqiqatlara maraq azalmaqdadır. Müasir tədris metodlarına uyğun proqramlar hazırlanır. Bütün ölkələrin orta təhsil proqramlarında köklü dəyişikliklər edilir. Eləcə də, inkişaf etmiş sənaye ölkələrində tələbələrin oxşar tələblər irəli sürməsi təhsil sahəsində aparılan islahatların universallığını göstərir. Universitetlərdə akademik heyətin potensialının gücləndirilməsi, sənayə sahəsində mühüm əhəmiyyət kəsb edən fənlərin, məsələn, sənaye mühəndisliyi, kibernetika, kompüter proqramlaşdırması və sair fənlərin proqrama daxil edilməsi həmin ali təhsil müəssisəsinin fərqləndirici xüsusiyyətidir.
Baxmayaraq ki, hər bir ölkə islahat layihələrini həyata keçirir, lakin onların hamısı eyni uğuru əldə edə bilmir. Çünki ölkələrin unikal keyfiyyət və kəmiyyət vəziyyətləri layihələrin reallaşmasında və bu sahədə əldə edilən nailiyyətə öz təsirini göstərir. Öna görə də, hər bir ölkə islahat apararkən özünün keyfiyyət və kəmiyyət vəziyyətlərini diqqətdə saxlayaraq öz təhsil sistemlərinə təsir edən amilləri nəzərə almalıdır.
Ölkələr arasında istər mədəni, istər iqtisadi, istərsə də siyasi əlaqələr durmadan inkişaf edir. Bu istiqamətdəki inkişaflar müqavilələrlə nəticələnir və ölkələr aralarında davamlı olaraq əlaqələr yaradır. Müxtəlif isiqamətdə qarşılıqlı maraqlara əsaslanan münasibətlər ortaq maraqlara malik olan ölkələri birləşməyə, qarşılıqlı müqavilələr bağlamağa sövq edir.
İndiki dövrdə bütün ölkələr üçün narahatlıq yaradan islahat işlərinə təsir göstərən amillər kifayət qədərdir. Hər bir ölkə islahat işlərini reallaşdırarkən özünün keyfiyyət və kəmiyyət vəziyyətlərini nəzərə alaraq öz ölkəsinin təhsil sistemlərinə təsir edən amilləri də unutmamalıdır. Bu amillərdən biri də urbanizasiyadır. Əhalinin artması, sənayeləşmə, kənd təsərrüfatında modernləşmə, torpaq bölgüsü, yaşayış şəraitinin yaxşılaşdırılması və digər səbəblərdən yaranan urbanizasiya fenomeni özü ilə bir çox problemlər də gətirir. Urbanizasiya demoqrafik, iqtisadi və sosial-mədəni dəyişikliklərə səbəb olur. Demoqrafik baxımdan əhalinin kənd və kənd təsərrüfatı ərazilərindən şəhərlərə miqrasiyasıdır. İqtisadi baxımdan isə urbanizasiya əkinçilik və heyvandarlıqla məşğul olan əhalinin qeyri-kənd təsərrüfatı sektorlarına, ilk olaraq sənayeyə keçməsidir. Sosial-mədəni mənada şəhərin norma və həyat tərzini bir üslub kimi mənimsəmək və yaşamaq deməkdir. Urbanizasiya kökündən mədəni dəyişiklikdir. Urbanizasiya üçün şəhər mədəniyyətini inkişaf etdirməklə yanaşı, şəhər sakinləri də fiziki və davranış harmoniyasında olmalıdırlar. Urbanizasiya heç şübhəsiz ki, təhsil sektoruna, təhsilalanlara və təhsilverənlərə də təsirsiz ötüşmür.
Təhsil sektoruna, bu sahədə sistemin dəyişməsinə təsir göstərən ikinci amil siyasi vəziyyətdir. Demokratik ölkələrdə vətəndaşların siyasi, mədəni, sosial və iqtisadi aspektlərini inkişaf etdirən təhsil sistemi həyata keçirilir. Bu, azad cəmiyyətdə insanların əsas ehtiyaclarını ödəmək üçün vacibdir. Bu ölkələr iqtisadi inkişafın və demokratik həyatın fərdlərin keyfiyyətli təhsili ilə mümkün olacağı qənaətindədirlər. Burada təhsil sistemləri sosial və iqtisadi sahələrdə davamlı təcrübələr vasitəsilə mütəmadi dəyişiklik və inkişafa açıqdır. Təhsil sahəsində olan problemlər sərbəst şəkildə müzakirə edilir, onların həlli yolları istiqamətində təkliflər verilir, eləcə də demokratiyanın davamı və iqtisadi inkişaf üçün keyfiyyətli təhsilin təmin edilməsi istiqamətində gələcəkdə müzakirə olunacaq islahatlar aparılır.
Diktaturalarla idarə olunan ölkələrdə bu bir qədər fərqlidir. Bu tipli ölkələrdə təhsil çox fərqli məqsədlərə xidmət edir. Diktatorlar təhsildən öz varlıqlarını saxlamaq və məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə ediblər.
Nəzərə almaq lazımdır ki, iqtisadi vəziyyət də təhsil sistemlərinin dəyişilməsi, bu sahədə islahatların həyata keçirilməsinə təsirsiz ötüşmür. Bu bir danılmaz faktdır ki, hər bir ölkənin kənd təsərrüfatı, sənayesi onun təhsil siyasətinə təsir göstərir. Zəngin təbii sərvətlərə, balanslaşdırılmış iqtisadiyyata, yaxşı kommunikasiya və texnoloji vasitələrə malik olan ölkə təhsil xərclərinə daha çox sərmayə qoya bilir. Az təbii sərvətləri olan və kənd təsərrüfatı ilə faydalanan ölkələr çox vaxt maliyyə dəstəyi tapmaqda çətinlik çəkirlər. Bir ölkə öz büdcəsinin yalnız məhdud bir hissəsini təhsilə ayıra bilər. İqtisadiyyatı inkişaf etmiş bir ölkənin mütləq yaxşı təhsil sistemini inkişaf etdirəcəyini güman etmək olmaz. Hakimiyyətdə olanların təhsilin vacibliyinə inamı və ya təhsil üçün effektiv ictimai rəyin formalaşması müsbət işlərə səbəb ola bilər. Məsələn, Səudiyyə Ərəbistanı və Küveyt zəngin təbii sərvətlərə malikdir, lakin bu resursları inkişaf etdirmək üçün həm materialları, həm də təlim keçmiş kadrları xaricdən gətirməli olurlar.
Nəhayət, qloballaşma da bu və ya digər dərəcədə təhsil sistemlərinə təsir göstərən amillər sırasındadır. Qloballaşma ondan ibarətdir ki, rabitə və elm sahələrində texnoloji inqilab insan və ictimai həyata öz təsir gücünü göstərir və beləliklə, bu da “kommersiya təfəkkürü”ndə böyük dəyişiklik deməkdir.
İndiki dövrdə ali təhsil müəssisələrinin “düzgünlüyünün” nə olmasında deyil, onların “faydasının” nə olması əsasdır. Biliyin kommersiyalaşdırılmasında (merkantilizasiyasında) “biliyin satıla bilməsi” gücün “böyüməsinə” kömək edir. Bu mənada məlumat bankları şəxsi məlumatlardan üstündür və daha vacibdir. Tələbələrə çatdırılmalı olan şey telematika (məlumat banklarından istifadə etmək bacarığı) və xarici dildə səlis danışmaqdır. Multikultural uğur üçün fərqli mədəniyyətləri yaşamaq imkanı, xarici ölkələrdə iş-təhsil proqramları, kampus və universitetdə müxtəliflik və beynəlxalq təşkilatlarda təcrübə keçmək kimi elementlərə üstünlük verilir. Universitetlər əsas tədqiqat, nəşr və öyrənmə baxımından beynəlxalq sahədə özlərini təkmilləşdirməlidirlər.
Beləliklə, bütün bunların qısa məzmunu ondan ibarətdir ki, təhsil beynəlmiləl xarakter daşıdığı üçün bu sahədəki problemlər də müəyyən dərəcədə ümumidir. Təhsil problemlərindəki oxşarlıqlara görə həyata keçirilən həll yolları və görülən tədbirlərdə oxşarlıqlar mümkündür. Ən əsası, problemlərin həlli üçün kollektiv iş, beynəlxalq əməkdaşlıq labüddür.
Ruhiyyə Mehdiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 May 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see238

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see236

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see213

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see177

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see157

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see148

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see145

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see143

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see142

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see139

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see134

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri