Icma.az
close
up
RU
Dəyişikliyə ehtiyac duyan Qarabağ Qurban Qurbanov əhəmiyyətli qərarlar ərəfəsində

Dəyişikliyə ehtiyac duyan Qarabağ Qurban Qurbanov əhəmiyyətli qərarlar ərəfəsində

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xeyli vaxtdır ki, Avropada Azərbaycan futbolunun yükünü təkbaşına daşıyan "Qarabağ" bu illər ərzində çox gəlişib, böyük təcrübə qazanıb. Ötən mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləyib "Bayer"ə başağrı olmaqla ən yeni tarix yazmışdı ölkə futbolu adına. Lakin bu avrokubok mövsümü gözlənilən kimi alınmadı. Yeni formata uyğunlaşa bilməyən "Qarabağ" 1 qələbə, 7 məğlubiyyətlə qrup mərhələsində mübarizəni dayandırmalı oldu.

Yalnız qazandığı nəticələrlə deyil, Kadi, Ovusu, Vadji, Juninyo kimi legionerləri xarici klublara satmaqla da Avropa futbolunun tələbləri ilə ayaqlaşmağa çalışır "Qarabağ". Qurban Qurbanovun komandası xarici klubların diqqətini çəkə bilib. Belə görünür ki, qarşıdakı illər ərzində Ağdam klubunun futbolçularına davamlı təkliflər gələcək xarici liqa təmsilçiləri tərəfindən. 

Lakin "Qarabağ"ın yenilənməyə ehtiyacı var. "Qan dəyişikliyi" labüdləşib artıq. Bu, hətta böyük klublarda da zaman-zaman zərurətə çevrilir. Bariz nümunə "Mançester Siti"dir. Qvardiola heyətdə radikal dəyişikliklərə getməyin qaçılmaz olduğu qərarına gəlib. Mətbuatda yayılan xəbərlərə görə, ispan mütəxəssis Ederson, De Bruyne, Stounz, Gündoğan, Kovaçiç, Bernardu Silva, Cek Qriliş kimi futbolçularla vidalaşmağa hazırlaşır. 

"Qarabağ"da da ayrılıqlar qaçılmazdır. Bu, ilk növbədə Redon Cicaya aiddir. Albaniyalı futbolçu sanki özü də artıq qalmaq istəmir, meydanda çox həvəssiz görünür, qol epizodlarını sağa-sola xərcləyir. 

"Qarabağ"a bu mövsüm gələn Kaşuk və Addai də ümidləri doğrultmurlar. Heç biri Qurban Qurbanovun oyun fəlsəfəsini mənimsəyə bilmir. Vida üçün bəlkə də tezdir. Amma futbolda bəzən "zərərin yarısından qayıtmaq da faydalıdır" prinsipi ilə davranmaq da lazım gəlir. 

"Qarabağ"da heç cür özünü tapa bilməyənlərdən biri də Aleksey İsayevdir. "Sabah"dakı oyunu ilə göz oxşayan milli üzvü Qurban Qurbanovun tələblərinə cavab vermədi. Legionerlərə limit tətbiq olunduğu halda ona yerli futbolçu kimi ehtiyac duyulurdusa, gələn mövsümdən belə tələb aradan qalxır. Belədə Aleksey İsayevin də komandada qalması anlamını itirmiş olur. 

Veşoviçin gedişi artıq dəqiqləşib. Əcnəbi qapıçılardan birini yola salıb yerinə daha səviyyəlisini gətirmək də mümkündür. 

Qurban Qurbanov köklü dəyişikliklərə getməyən mütəxəssis kimi tanınıb. Amma deyəsən, bu dəfə başqa çarə yoxdur. 

Həmid

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri