“Dəymiş zərər əsasız varlanma hesab olunur” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Vətəndaş məhkəməyə müraciət etməklə itirilmiş əmlakını geri tələb edə bilər”.
KONRKET.az xəbər verir ki, bunu “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov elektron pulqabıdan səhv istifadə hallarına dair suala cavabında deyib.
Bəzən pul göndərişi zamanı telefon nömrəsinin yanlış daxil edilməsi kifayət edir ki, vəsait nəzərdə tutduğunuz şəxsin yerinə başqa bir hesaba köçsün. Belə hallarda itirilən məbləğ necə geri alına bilər?
Ramil Süleymanovun sözlərinə görə, bu hal mülkü məsuliyyət yaradır:
“Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, dəymiş zərər əsasız varlanma hesab olunur. Nəticə etibarilə, vətəndaş pulu yanlışlıqla kimin balansına göndəribsə, onun yaşayış yerini və ya ailə vəziyyətini müəyyən edə bilmirsə, o zaman hüquq-mühafizə orqanlarına müraciət etməklə həmin hesaba aid pasport məlumatlarını əldə edə bilər”.
Hüquqşünas qeyd edib ki, vətəndaş yaşadığı ünvan üzrə məhkəməyə müraciət edib itirilmiş vəsaiti geri tələb etməlidir:
“Əmlakının geri qaytarılması ilə bağlı hüquqlarının müdafiəsi üçün çəkdiyi hüquqi yardıma və məhkəmə xərclərinə görə yaranan zərəri də qarşı tərəfdən tələb etməyə tam haqqı var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 21 Fevral 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















