Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Dezinformasiya: “Ems teleqramı” və müasir dövr

Dezinformasiya: “Ems teleqramı” və müasir dövr

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Yaxud niyə ayıq-sayıq olmalıyıq?

“Ems teleqramı” və ya qısaca “Ems depeşası” tarixə dahi kansler Otto fon Bismarkın Fransa–Prussiya müharibəsini (1870–1871) başlatmaq və Prussiyanın qələbəsini təmin etmək naminə həyata keçirdiyi həlledici gediş olaraq düşüb. Söhbət informasiya manipulyasiyası kimi qiymətləndirilən gedişdən gedir. O gediş ki, müasir dövrümüzdə onun çoxsaylı nümunələri var. Yazımızda məsələyə sabah, yəni yanvarın 21-də Medianın İnkişafı Agentliyinin, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun tərəfdaşlığı ilə keçiriləcək “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirənin vacibliyi kontekstində toxunacağıq. Əvvəlcə isə “Ems depeşası” barədə.

1870-ci ildə İspaniya taxtına Hohensollern sülaləsindən bir şahzadənin namizədliyi irəli sürülmüşdü. Bu, Fransa üçün strateji təhdid idi. Çünki ölkə şimalda və cənubda Hohensollernlərin mövcudluğunu qəbul etmirdi. Ona görə də Paris Prussiyaya qarşı ultimativ tələblər irəli sürdü. Fransa səfiri Ems kurortunda Prussiya kralı I Vilhelmlə görüşərək, gələcəkdə bu cür namizədlikləri dəstəkləməyəcəyinə dair rəsmi təminat istədi. Kral səfirin tələbini nəzakətlə, lakin qəti şəkildə rədd etdi və məsələ barədə kansler Bismarka yumşaq, diplomatik üslubda teleqram göndərdi. Bismark isə həmin teleqramı qısaltdı, oradan diplomatik ifadələri çıxardı, mətni Fransaya qarşı təhqiramiz və sərt təsir bağışlayan, Prussiyanı qürurlu və barışmaz göstərən tərzdə formalaşdırdı. Yəni mahiyyət dəyişməsə də, tonu ağırlaşdı. Ən əsası isə Bismark redaktə ilə ağırlaşdırılmış mətni mətbuata sızdırdı ki, bu, Fransa ictimai rəyinin partlamasına səbəb oldu. Nəticədə, III Napoleon hökuməti durumu şərəf məsələsi olaraq qiymətləndirdi və Prussiyaya müharibə elan etdi.

Gedişat Bismarkın arzuladığı kimi idi. Kansler Cənubi Alman İttifaqına üzv dövlətlərin Prussiyanın yanında müharibəyə qoşulmasına nail olmaq istəyirdi. Çünki ittifaq hücuma məruz qalan tərəfin müdafiəsi prinsipini rəhbər tuturdu və Bismark məqsədinə çatdı. O, beynəlxalq aləmdə ölkəsini müdafiəçi ampluasında göstərdi. Cəmi bir il davam etmiş savaş Fransanın acınacaqlı məğlubiyyəti ilə yekunlaşdı. Alman kansler isə tarixə, eyni zamanda, informasiya manipulyasiyasının mahir icraçısı kimi düşdü.

Heç şübhəsiz, Bismark hazırkı dövrdə yaşasaydı, müasir informasiya manipulyasiyaları metodlarından da istifadə edərdi. O metodlardan ki, sayı-hesabı yoxdur və ümumi ad altında onlara həm də dezinformasiya deyirik. Onu da deyirik ki, dezinformasiya informasiya əsrinin cəmiyyətlərə qazandırdığı son dərəcə qorxulu kabusdur. Bir andaca dinc birgə yaşam qaydalarını təhdid etmək potensialını daşıyan kabus. Adını qeyd etdiyimiz “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirədə də bu kimi məqamlara aydınlıq gətiriləcəyi aşkardır.

Bəli, Azərbaycanda dezinformasiyaya qarşı mübarizədə innovativ dayanıqlılığın yaradılması mütləq əhəmiyyət daşımaqdadır. Bu, günün təxirəsalınmaz tələbidir. Prezident İlham Əliyevin ötən həftə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna etdiyi dəyişiklik də bundan qaynaqlanır. Dəyişikliyə əsasən sosial şəbəkələrdə, saytlarda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik yağdıran hərəkətlər, əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlər qadağan edilir.

Reallıq budur ki, son illər rəqəmsal platformaların sürətli inkişafı cəmiyyətlərin informasiya mühitini köklü şəkildə dəyişdirməklə yanaşı, yeni çağırışlar və risklər formalaşdırıb. Sosial şəbəkələr və onlayn resurslar insanların fikir və mövqelərini sərbəst ifadə etmələri üçün geniş imkanlar yaratdığı kimi, eyni zamanda, açıq hörmətsizlik, əxlaqa zidd ifadələr və ictimai mənəviyyatı təhqir edən məzmunların yayılmasına zəmin hazırlayıb. Mövcud tendensiya artıq təkcə etik problem kimi deyil, sosial münasibətlərə, xüsusilə gənc nəslin dünyagörüşünə mənfi təsir göstərən ciddi ictimai təhlükə olaraq qiymətləndirilir. Belə bir şərait fonunda qanunvericiliyə edilən dəyişikliklər Azərbaycanın onlayn mühitində davranış standartlarının daha dəqiq müəyyənləşdirilməsinə və boşluqların aradan qaldırılmasına yönəlmiş mühüm addımdır.

Yeni hüquqi mexanizmlər rəqəmsal məkanda məsuliyyət anlayışını gücləndirməklə yanaşı, ictimai nizamın qorunmasına xidmət edən normativ çərçivə yaradır. Eyni zamanda, qanun sosial şəbəkə istifadəçilərində məsuliyyət hissinin formalaşmasına töhfə verir ki, bu yanaşma söz azadlığı ilə ictimai maraqlar arasında tarazlığın qorunmasına yönəlmiş rasional və balanslı mövqeni əks etdirir. Nəticə etibarilə, dəyişikliklər rəqəmsal məkanda davranış mədəniyyətinin formalaşdırılması, sosial məsuliyyətin artırılması və milli-mənəvi dəyərlərin qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Əlbəttə, informasiya azadlığı ilə etik məsuliyyət arasında harmoniyanın təmin edilməsi yalnız hüquqi mexanizmlər vasitəsilə deyil, eyni zamanda, ictimai şüurun inkişafı ilə mümkündür. Bu baxımdan “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” kimi müzakirələrin sayının çoxluğuna ehtiyac var. “Media haqqında” Qanunda yer alan “Media savadlılığı” anlayışının təbliğinə də həmçinin. Nəzərə alınmalıdır ki, bu anlayış müasir informasiya cəmiyyətində əsas anlayışlardan biri kimi çıxış edir və özündə sadəcə informasiya istehlakını deyil, onun şüurlu, tənqidi və məsuliyyətli qavranılması bacarığını ifadə edir.

Bəli, media savadlılığı fərdin müxtəlif media mənbələrindən daxil olan məlumatları təhlil etmək, qiymətləndirmək, müqayisəsini həyata keçirmək, etibarlılığını yoxlamaq və nəticə etibarilə düzgün mövqe formalaşdırmaq qabiliyyətidir. Deməli, bir qədər əhatəli desək, bu anlayış təkcə informasiyanı oxumaq və izləmək deyil, onun kim tərəfindən, hansı məqsədlə və hansı kontekstdə yayıldığını anlamağı da əhatə edir. Ona görə də media savadlılığı tənqidi düşüncə, mənbə analizi, fakt və rəyin fərqləndirilməsi, media mesajlarının dilini anlamaq, yəni, başlıqların, vizual elementlərin, simvolların və emosional çağırışların rolunu dərk etmək, məsuliyyətli paylaşım (təsdiqlənməmiş məlumatları yaymamaq, etik normalara riayət etmək) deməkdir.

Tam əminliklə vurğulaya bilərik ki, XXI əsrdə media savadlılığı oxuyub-yazmaq qədər vacib bacarıqdır. Çünki rəqəmsal dövrdə informasiya axınının sürəti və həcmi misilsiz dərəcədə artıb. Bu şəraitdə dezinformasiya və saxta xəbərlər asanlıqla yayılır, emosional və təxribat xarakterli məzmun ictimai rəyə təsir göstərir, xüsusilə gənclər manipulyasiyalara daha həssas olurlar. Belə bir durumda media savadlılığı fərdi bu cür risklərdən qoruyan intellektual müdafiə mexanizmi rolunu oynayır və cəmiyyətdə sağlam informasiya mühitinin formalaşmasına xidmət edir. Yəni media savadlılığının təmin olunduğu cəmiyyətdə informasiya kor-koranə qəbul olunmur, ictimai proseslərə şüurlu münasibət bəslənilir, fikir formalaşdırarkən fərziyələrə və ehtimallara yox, faktlara söykənilir. Bütün bunlar isə demokratiyanın, ictimai dialoqun və sosial sabitliyin müstəsna şərtlərindən birinə çevrilir.

Sonda yenidən Otto fon Bismarka qayıdaq. Onun müdrik kəlamlarının yekunu bunu söyləməyə əsas verir ki, hansısa konkret hadisənin özü qədər onun ictimai rəyə necə çatdırılması da həlledicidir. Haqqında söz açdığımız “Ems teleqramı” məhz bu yanaşmanın praktik nümunəsidir. Ancaq bir məqam var ki, Bismark informasiya manipulyasiyasından alman dövlətlərinin birləşməsi naminə bəhrələndi. Yəni o, yekunda mütərəqqi dövlətçilik amalını gerçəkləşdirdi. Müasir dövrün informasiya manipulyatorları isə, bir qayda olaraq, cəmiyyətləri, böyük anlamda götürsək, milli dövlətləri parçalamaq məqsədinə köklənirlər. Belə təmayüllərdən sığortalanmaq üçün ayıq-sayıq olmalıyıq.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri