Icma.az
close
up
RU
Diaqnoz Tibb Mərkəzi Mustafa Topçubaşova həsr olunmuş konfransda FOTOLAR

Diaqnoz Tibb Mərkəzi Mustafa Topçubaşova həsr olunmuş konfransda FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

2025-ci il 30–31 oktyabr tarixlərində Azərbaycan Tibb Universitetində Akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr olunmuş “Akademik irs 130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib.

"Unikal" xəbər verir ki, konfransın açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli konfransın yalnız böyük alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan tibb elminin və təhsilinin inkişafına sadiqliyin təntənəsi olduğunu qeyd edib: “Prezident İlham Əliyevin Mustafa Topçubaşovun yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam bu tədbirə xüsusi simvolik məna qazandırır. Həmin Sərəncam bir tərəfdən ölkəmizdə elmə və alimə verilən qiymətin, digər tərəfdən isə milli yaddaşın, elmi irsin qorunmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir”.

Rektor böyük alimin təşəbbüsü ilə tibb təhsilində həyata keçirilən islahatlar, praktik biliklərin önə çəkilməsi, innovativ tədris metodlarının tətbiqi istiqamətində görülən işlərin bu gün də Azərbaycan Tibb Universitetinin tədris sistemində mühüm yer tutduğunu vurğulayıb.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bu böyük şəxsiyyət barədə öz müəllimlərindən çox eşitdiyini deyib: “Mən Mustafa bəyin əməliyyatları, oxuduğu mühazirələr, cərrahiyyə elminə və tədrisinə gətirdiyi yeniliklər, tətbiq etdiyi innovasiyalar barədə onun tələbələri olmuş müəllimlərimdən çox eşitmişəm. O, öz həyatı, elmi yaradıcılığı və yorulmaz fəaliyyəti ilə Azərbaycanda bir məktəb yaradıb”.

Bu məktəbin məzunlar yetişdirməkdə davam edəcəyinə inandığını deyən Nadir Zeynalov konfransın işinə uğurlar arzulayıb və tədbirin səmərəli keçəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında bildirib ki, Mustafa Topçubaşovun yaratdığı elmi məktəb öz yetirmələrinin cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabət elmində mühüm yeniliklərə imza atmaları ilə Azərbaycanda mövcud olmuş digər elmi məktəblərdən fərqlənir. Topçubaşovun milli səhiyyə sisteminin qurulmasındakı fəaliyyətinə toxunan İradə Hüseynova onun 1926-cı ildə Almaniyaya təcrübə keçməyə göndərildiyini, oradan qayıtdıqdan sonra əldə etdiyi təcrübə əsasında Bakı şəhərindəki xəstəxanalardan birində cərrahi yardım göstərən ilk elmi-metodik mərkəz yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, görkəmli alim Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında da mühüm rol oynayıb və uzun illər bu elm ocağının vitse-prezidenti olub.

Sonra Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan görkəmli alimin çoxşaxəli həyat və fəaliyyətindən söz açıb: “86 ildən çox mənalı bir ömür sürən akademik Topçubaşov öz fəaliyyəti ilə göstərdi ki, elm onun qanında, ruhunda idi. Bu ruh isə Azərbaycan xalqının özünəxas, heç kimin əlindən ala bilməyəcəyi bir xəzinəsidir. Onun timsalında bu zəka və fədakarlıq bütöv bir millətin elmi kimliyini təcəssüm etdirirdi. Topçubaşovlar nəslinin Azərbaycanın tarixində, dövlətçiliyində, taleyüklü məsələlərdə əhəmiyyətli yeri var. Bu şərəfli nəslin kökü XV-XVI əsrlərdə qədim türk torpağı olan İrəvanda təşəkkül tapıb. Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov və Azərbaycan Demokratik Respublikası Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov da həmin kökə mənsubdurlar”.

Çıxışlarda Mustafa Topçubaşovun Azərbaycan tibb elminin banilərindən biri, cərrahiyyə məktəbinin yaradıcısı olduğu, tibb təhsilində islahatçı şəxsiyyət kimi tanındığı vurğulanıb. Qeyd olunub ki, alimin rəhbərliyi ilə aparılan tədqiqatlar bu gün də öz aktuallığını qoruyur, onun ideyaları isə gənc nəsil tibb mütəxəssisləri üçün elmi və mənəvi örnək olaraq qalır. Həmçinin Topçubaşovun tibbi ədəbiyyatın milli dildə hazırlanması təşəbbüsü, praktik biliklərin tədrisdə əsas yer tutması və tələbələrin klinik təcrübəyə cəlb olunması istiqamətində gördüyü mühüm işlər yada salınıb.

Tədbirin davamında musiqiyə də yer verilib. Görkəmli alimin oğlu, tibb elmləri doktoru, professor, eyni zamanda, bir çox sevilən musiqilərin bəstəkarı İbrahim Topçubaşovun kompozisiyaları Xalq artisti Samir Cəfərov tərəfindən səsləndirilib.

Topçubaşovlar ailəsi adından Mərkəzi Klinikanın baş direktorunun müavini, Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edərək böyük alimin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin Ceyhun Topçubaşova universitet adından xatirə hədiyyəsi təqdim etməsi ilə ikigünlük elmi-praktik konfransın açılış mərasimi başa çatıb.

Daha sonra konfrans öz işini sessiyalarla davam etdirib.

Konfransda Diaqnoz Tibb Mərkəzi  stendlə təmsil olunub, konfrans iştirakçılarına xidmətləri barədə məlumat verib və promosyon materialları təqdim edib.

Oktyabrın 31-də aktual mövzularda panel sessiyaları təşkil olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see214

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see207

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see189

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see153

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see143

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see140

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see140

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see138

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see136

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see133

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see133

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see130

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see130

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see130

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see128

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see123

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri