Icma.az
close
up
RU
Diaqnoz Tibb Mərkəzi tərəfindən Ürək Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Diaqnoz Tibb Mərkəzi tərəfindən Ürək Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ümumdünya Ürək Günü münasibətilə “Diaqnoz Tibb Mərkəzi” MMC və “Meqa Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM) seminar keçirilib.

"Unikal" xəbər verir ki, seminarda Diaqnoz Tibb Mərkəzinin Kardioloqu, Azərbaycan və Avropa kardiologiya cəmiyyətlərinin üzvü Dr. Ağadadaş Rəşidov “Sağlam ürək, sağlam həyat naminə” mövzusunda çıxış edib.

Dr. Ağadadaş Rəşidov bu günün tarixi və əhəmiyyətindən danışıb: “2000-ci ildən etibarən Dünya Ürək Federasiyası bu günün qeyd edilməsinə başlayıb. Əsas məqsədimiz insanları ən vacib orqanlardan biri olan ürəyin sağlamlığını qorumağa çağırmaq və bu istiqamətdə maarifləndirmə tədbirlərini həyata keçirməkdir. Bu məsələdə cəmiyyət olaraq mütəmadi tədbirlər, maarifləndirici aksiyalar həyata keçiririk.”

Dünya Ürək Günü qlobal sağlamlıq kampaniyasıdır. Onun əsas vəzifəsi ürək-damar xəstəlikləri, onların səbəbləri və aradan qaldırılması yolları haqqında insanların maarifləndirilməsi, bu xəstəliklərin qarşısının alınması istiqamətində vacib profilaktik tədbirlərin həyata keçirilməsidir.

Ürək-damar xəstəlikləri hər il 20,5 milyon insanın həyatına son qoyur. Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci ildə yaydığı məlumata görə, insult və ürəyin işemik xəstəliyi dünya üzrə bütün ölümlərin 31%-ni təşkil edir. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının ildən-ilə artması bir sıra sosial faktorlar, ətraf mühitin təsiri, ekoloji amillər, düzgün qidalanmamaq, artıq çəki, piylənmə, oturaq həyat tərzi və son illər artan psixi-emosional gərginliklə əlaqədardır.

Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, infarkt və insult nəticəsində baş verən ölümlərin 80%-nin qarşısı sağlam qidalanma, pis vərdişlərin: siqaret və alkoqoldan istifadənin məhdudlaşdırılması, keyfiyyətli yuxu və fiziki aktivliyin artırılması ilə alına bilər.

Ürək “orqanizmin mühərriki”dir. Yaşadığımız bir ömür boyu o dayanmadan, fasiləsiz döyünərək bizə həyat bəxş edir. Ona görə də bu həyati vacib orqanı qorumalı, ona qayğı ilə yanaşmalıyıq. Bu işdə sizə yardımçı olacaq Diaqnoz Tibb Mərkəzinin yüksəkixtisaslı həkimlərini – kardioloqları peşə bayramı - Dünya Ürək günü münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirik.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri