Icma.az
close
up
RU
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib FOTOLAR

Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün “Neyrofizioloji diaqnostikanın müasir aspektləri. Video-EEQ-monitorinq analizi: Norma və patologiya” mövzusunda seminar keçirilib.

"Unikal" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Diaqnoz Tibb Mərkəzinin Baş həkiminin müalicə işləri üzrə müavini Tofiq Əkbərov nevrologiya və neyrofiziologiya sahəsində son illər əldə olunan yeniliklərdən danışıb:

“Müasir dövrdə geniş şəkildə həyatımıza sirayət edən nevrologiya təkcə elm sahəsi kimi deyil, sosial sahədə də təsirli olmaqla dünya miqyasında aktuallığı ilə diqqət çəkir. Bu sahədə yeni müasir üsullar tətbiq edilməyə başlanılıb. Elmi tədbirlərin keçirilməsi həkimlərin nəzəri və praktik biliklərinin artırmağa, qarşılıqlı fikir mübadiləsi aparmağa kömək edir”.
Sonra çıxış edən Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov həkimlərin beynəlxalq təcrübəyə yiyələnməsinin, özlərini inkişaf etdirməsinin, tibbin bütün sahələri üçün yeni üsulların mənimsəməsinin zəruriliyini qeyd edib.
Seminarda Diaqnoz Tibb Mərkəzinin neyrofizioloqu Yelena Smirnova bildirib ki, EEQ, yəni Elektroensefaloqrafiya nevroloji xəstəliklərin diaqnostikasında tətbiq olunan önəmli müayinə üsuludur. EEQ və video EEQ monitorinqi epileptik ocaqlarının aşkarlanmasında, qıcolmalar, nevroz və nevrotik hallar, baş ağrıları, başgicəllənmələr, yaddaşın, diqqətin zəifləməsi, tiklər, nitqin ləngiməsi, enurezlər və s. hallarda beynin işini öyrənmək, fəaliyyətini qiymətləndirmək üçün yeganə və əvəzolunmaz üsullardandır. Tamamilə zərərsiz və şüasız bir müayinə üsulu olan EEQ uzunmüddətli, yuxu və oyaq halda bütün yaş qruplarında, hətta hamilə qadınlarda və süd verən analarda aparıla bilir.
Seminarda Diaqnoz Tibb Mərkəzinin radioloqu, tibb üzrə fəlsəfə doktoru Aydın Mirzəyev və Mərkəzin nevroloqu, EMQ üzrə mütəxəssis Nərgiz Adıgözəlova çıxış ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri