Dibala penalti vurarkən zədələndi
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Roma”nın hücumçusu Paulo Dibala “Milan”la görüşdə penalti vuruşunu qaçırarkən bud əzələsini zədələyib.
QOL.az xəbər verir ki, komandanın baş məşqçisi Can Pyerro Qasperini argentinalının zədəsinin ciddi olduğunu bildirib və onun beynəlxalq fasiləyə qədər oynaya bilməyəcəyini istisna etməyib:
“Penaltidə baş verən ən pis məqam Dibalanın zədələnməsidir. Hazırda aktual məsələ onun nə qədər müddət oyundan kənarda qalmasıdır. Bu, gecənin ən böyük itkisidir.”
Qeyd edək ki, bu Dibalanın “Roma” formasında ilk penalti qaçırması olub. Bundan öncə “Yuventus” dövründə 2021-ci ilin noyabrında “Salernitana” qarşısında baş vermişdi.
Baxış sayı:69
Bu xəbər 03 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















