Dibala vətəninə qayıdır
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Roma"nın hücumçusu Paulo Dibala karyerasını Argentinada davam etdirə bilər.
QOL.az xəbər verir ki, insayder Matteo Morettonun yaydığı məlumata görə, 32 yaşlı forvardın "Boka Xuniors"a keçidi gündəmdə gəlib. Onun sözlərinə görə, tərəflər artıq danışıqlara başlayıblar.
Hazırda zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan və paytaxt klubunun son oyunlarını buraxan Dibalanın "Roma"dan ayrılması real görünür. "Boka Xuniors" ulduz futbolçunu 2026-cı ilin iyun ayında heyətinə qatmağı planlaşdırır. Öz növbəsində, İtaliya təmsilçisi də oyunçunun müqaviləsindəki maliyyə şərtlərini aşağı salmağı nəzərdən keçirir.
Xatırladaq ki, Paulo Dibala cari mövsümdə "Roma"nın heyətində bütün turnirlərdə 22 matça çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, argentinalı hücumçunun vətəninə qayıtmaq ehtimalı yerli azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.
Baxış sayı:90
Bu xəbər 23 Fevral 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















