Diddinin həbs müddəti yenidən azaldıldı Azadlığa çıxacağı tarix məlum oldu
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Amerikalı qalmaqallı reper P. Diddinin (əsl adı Şon Kombs) həbs cəzasının müddəti növbəti dəfə azaldılıb.
Kulis.az xəbər verir ki, bu barədə ABŞ həbsxanalarının rəsmi məlumat bazasına istinadən "RİA Novosti" məlumat yayıb.
Yenilənmiş qeydlərə görə, P. Diddy fevralın 23-ü əvəzinə, 8 fevral 2028-ci il tarixində həbsxanadan azadlığa buraxılacaq.
Sənətçinin cəza müddətinin ilkin tarixi 8 may 2028-ci il olaraq təyin edilmişdi.
Məhkəmə hökmü və ittihamlar
Ötən ilin oktyabr ayında Nyu-York məhkəməsi reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Münsiflər heyəti sənətçini insanları fahişəliyə cəlb etmək məqsədilə daşıma (insan alveri) ilə bağlı iki ittiham üzrə təqsirli hesab edib.
Bununla belə, məhkəmə reperi reketçilik və cinsi istismar məqsədilə zorakı köçürmə ittihamları üzrə günahsız hesab edərək ona bəraət verib.
Vəkillərin qeyri-adi müdafiə taktikası
Ötən aprel ayında sənətçinin hüquq müdafiəçiləri çıxarılan hökmdən ABŞ-nin İkinci Apellyasiya Dairəsi Məhkəməsinə şikayət etməyi planlaşdırırdılar. Reperin vəkilləri münsiflər heyətinin bir çox ağır və mühüm ittihamlar üzrə bəraət qərarı verdiyini əsas gətirərək kəsilən cəzanın reallıqdan uzaq və həddindən artıq sərt olduğunu iddia edirlər.
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar Göz yaşıyla gül bitirən şair mənəm - Hüseyn Kürdoğlu Bir adadır sevgimiz, hər yanı xatirədir - Baba Vəziroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 06 İyul 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















