Diddinin içkilərinə narkotik qatdıqları qurbanlarının vəkili: Yüzlərlə iddia qaldırıla bilər
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Reper Diddiyə (Şon Kombs) qarşı 300-dən çox mülki iddianın qaldırılma ehtimalı var".
Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, bir neçə zərərçəkmişi təmsil edən vəkil Toni Bazbi bu barədə açıqlama verib.
Hazırda reperə qarşı artıq 20 iddia irəli sürülüb. Bazbi bildirib ki, təmsil etdiyi şəxslərin əksəriyyəti Nyu-York, Kaliforniya və Floridada keçirilən müxtəlif tədbirlərdə təcavüzə məruz qalıb, onlara narkotik maddələr qatılmış içkilər verilib.
Diddi reketçilik, cinsi istismar məqsədilə insan alveri və fahişəliklə məşğul olmaqda ittiham edilir.
2024-cü ilin may ayında məhkəməni gözləyən Diddi Milad bayramını həbsxanada keçirməyə hazırlaşır. O, bütün ittihamları rədd edir və bu iddiaların onun "nüfuzunu məhv etməyi" hədəflədiyini bildirib.
Xatırladaq ki, yaxın günlərdə Diddi daha bir cinayətdə ittiham edilib. O və reper Jay-Z (əsl adı Şon Karter) 2000-ci ildə keçirilən mükafatlandırma mərasimindən sonra təşkil edilən bir tədbirdə 13 yaşlı yeniyetməyə cinsi təcavüz etməkdə günahlandırılıblar.
Bu xəbər yayıldıqdan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrin, Jay-Z və Diddinin ölüm cəzasına məhkum edilməsinə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 12 Dekabr 2024 04:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















