“Difai” Xaqani Məmmədovu niyə göndərib?
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında yarışan “Difai” əslində qış fasiləsindən sonra heç də pis təsir bağışlamır.
Ağsu klubu 12-ci turda “Karvan”la heç-heçə edib (3:3), 13-cü turda isə “Qəbələ”yə 0:1 hesabıyla uduzub. Maraqlıdı ki, bu nəticələrin ardından klub rəhbərliyi baş məşqçi Xaqani Məmmədovla yolları ayrılmağı lazım bilib. Daha doğrusu, tərəflər qarşılıqlı razılıq əsasında ayrılıb. Halbuki ötənlərin tanınan futbolçularından biri noyabrın əvvəlində “sükan arxasına” keçmişdi. “Difai” hazırda 9 xalla 9-cu pillədə qərarlaşıb.
Xaqani bəy istefası ilə bağlı “Futbol+”ə danışdı:
“Bəli, komandadan ayrıldım. Rəhbərlik belə qərar verdi. Qarşılıqlı razılıqla yollarımızı ayırdıq. Rəhbərlik mənlə davam etmək istəmədi. Bir qədər psixoloji istirahətə ehtiyac var. Sonra baxaq, görək nə təklif olunur?”
ƏSƏD SEYİDOV
Baxış sayı:124
Bu xəbər 15 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















