Icma.az
close
up
RU
Digah qəsəbəsi yağış və qrunt sularından təmizlənir FOTOLAR

Digah qəsəbəsi yağış və qrunt sularından təmizlənir FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Digah qəsəbəsi Abşeron rayonunun ən qədim qəsəbələrindən biri olmaqla, geoloji olaraq çökək ərazidə yerləşən, üstəlik mərkəzləşdirilmiş sukanal sistemi və kanalizasiyə şəbəkəsi olmayan qəsəbələrdəndir. Ərazinin relyefini və intensiv yağıntıları nəzərə alsaq, bu səbəbdəndir ki, ilin yağmurlu dövrlərində Mehdiabad qəsəbəsindən (qəbiristanlıq istiqamətindən) yağış və qrunt suları axaraq Digah qəsəbəsinin şimal tərəfdən Bakıxanov və Xəqani küçələrinə (yaxınlıqda yerləşən “Şor” gölünə) və  cənub tərəfdən Xətai küçəsinə istiqamətlənir. Nəticədə göldəki suyun səviyyəsi artır və yağış və qrunt suları ətrafdakı ərazilərə toplanır. 

"Unikal" xəbər verir ki, yağış və qrunt sularının ərazidə yaratdığı problemləri aradan qaldırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti, qəsəbə bələdiyəsi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və digər aiddiyyəti qurumların nümayəndələri ilə birlikdə, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməkdədir.

Son 6 ayda göldəki su səviyyəsinin kəskin artması müvafiq tədbirlərin görülməsini zəruri edib. Gölün yatağının genişləndirilməsi işləri çərçivəsində qazıntı işləri aparılaraq suyun səviyyəsinin kritik həddə çatmasının qarşısı alınıb. Hazırda 5.000 kub həcmində genişləndirmə işləri xüsusi ağır texnika ilə davam etdirilir. Sözügedən işlərə paralel olaraq, “Şor” gölü” ətrafında Xəqani küçəsi tərəfdən ümumi uzunluğu 100 metr, hündürlüyü 2 metr olmaqla, Bakıxanov küçəsi tərəfdən isə ümumi uzunluğu 500 metr, hündürlüyü 2 metr olmaqla bəndlər salınıb.

Həyata keçirilən qabaqlayıcı tədbirlər təkcə göl ətrafı ərazilərə bəndlərin vurulması ilə yekunlaşmayıb, o cümlədən son dövrlərdə aramsız yağan yağışlar nəticəsində ziyan görmüş qəsəbədaxili küçələrin bərpası, hərəkətin təmin edilməsi istiqamətində də təxirəsalınmaz işlər icra olunub. Belə ki, qəsəbənin Bakıxanov və Xətai küçələrinə 100 maşın olmaqla kərpic qırıntısı, 200 maşın torpaq-karbonat tökülərək yayılmış, yollar qismən bərpa edilib. 

Digah qəsəbəsinin mövcud su-kanalizasiya problemlərinin həlli istiqamətində hər iki qurumun (Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) rəhbər şəxslərinin ərazidə dəfələrdə görüşü keçirilib, problemin həlli istiqamətində müzakirələr aparılıb. Sonuncu dəfə - 22 aprel 2025-ci il tarixində keçirilmiş baxış zamanı “Şor” gölünün suyunun 1,1 km uzaqlıqda yerləşən Mehdiabad kollektoruna vurulmaqla səviyyəsinin nizamlanması variantı irəli sürülüb və müvafiq texniki dəqiqləşmələrin aparılması və işin icrası yönündə tapşırıq verilib.

Son günlərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2 böyük xüsusi lilsorucu texnikası və Digah bələdiyyəsinin nasosları vasitəsilə qəsəbənin Xətai küçəsində fərdi yaşayış evlərinin həyətlərinə, dalanlara, zirzəmilərə, əhalinin gediş-gəlişinə maneə olacaq yerlərə dolmuş suyun kənarlaşdırılması işləri aparılıb və hazırda da sözügedən küçədə davam etdirilir. Həmçinin intensiv yağıntılar zamanı tullantı su şəbəkəsi mövcud olmayan yağış sularının ətrafa toplandığı və ya göl yaxınlığında salınan yaşayış məntəqələrinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sukanal idarələrinin əməkdaşları cəlb edilir, suyun çəkilməsi istiqamətinə işlər müntəzəm icra edilir.

Əlavə olaraq diqqətə çatdıraq ki, 2024-cü ilin noyabr ayında ADSEA və RİH tərəfindən Xətai küçəsinə baxış keçirilib, drenaj və kollektor şəbəkəsinin qurulması ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Qeyd edək ki, Digah qəsəbəsindən əlavə, Abşeron royonunun ən böyük şəhəri olan Xırdalanda, o cümlədən digər yaşayış massivlərində yağış sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində davamlı və təxirəsalınmaz önləyici tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilməkdədir. 
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:330
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri