Digər rayonlarda da prezidentin səlahiyyətli nümayəndələri olacaq
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bu təşəbbüsün həyata keçməsi ilə Naxçıvanda operativ idarətetmə mümkün olacaq. Eyni zamanda hazırda mövcud olan müəyyən çatışmazlıqlar aradan qalxacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Naxçıvanla bağlı Prezidentin də sosial-iqtisadi layihələri var ki, onların həyata keçirilməsi bu qanunla daha sürətli həyata keçəcək.
"Bu strukturlar gələcəkdə başqa rayonlarımız üzərində də qurulacağı nəzərdə tutulub. Belə ki, prezidentin səlahiyyətli nümayəndəlirinin olması gələcəkdə sistemsizlikləri də aradan qaldıracaq", - Komitə sədri qeyd edib.
Baxış sayı:87
Bu xəbər 21 İyun 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















