Dilarə Kazımova: “Döymələrim görünən yerdə deyil...”
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Müğənni Dilarə Kazımova bədənindəki döymələrin sayına görə gündəmə gəlib.
Pravda.az xəbər verir ki, Dilarə Kazımova “Efirdən kənar” verilişində bədəninə 13 dəfə döymə etdirdiyini və buna görə peşman olmadığını deyib.
“Heç vaxt peşmançılıq yaşamıram. Peşmançılıq enerjini yeyir. Döymələrimi elə etmişəm ki, siz heç birini görmürsünüz. Belə etdim ki, mənə maneə olmasın. Məsələn, biri qolbağının, biri saçlarımın altındadır. Bütün döymələr məna daşıyır. Elə-belə döymə edilməsini başa düşmürəm. Həyatımda çətin məqamları keçəndən sonra ona aid döymə edirəm ki, yadımda qalsın. Çünki insan hər şeyi çox tez unudur. “Maska”da canavar kimi qalib olmuşam və o canavar da üstümdə döymə kimi olacaq. Canavar içimdə var, yarışı qazanmağıma o “alter eqo” kömək etdi...” - o bildirib.
Tomris


