Icma.az
close
up
RU
Ümid var, amma İran parçalanmayacaq Kənan Həmzəoğlu yazır

Ümid var, amma İran parçalanmayacaq Kənan Həmzəoğlu yazır

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 13-də İsrail İranın hərbi və nüvə rəhbərliyinə qarşı genişmiqyaslı əməliyyata başladı. Nəticədə İranın Baş Qərargah rəisi, SEPAH komandanları və nüvə alimləri öldürüldü.

Bu strateji zərbələr, İran rejiminin hərbi koordinasiya və nüvə inkişaf gücünü ciddi şəkildə zəiflətdi. Lakin hücumların təkcə hərbi nəticələri deyil, eyni zamanda sosial baxımından doğura biləcəyi nəticələri də gözardı etmək olmaz.

İsrailin hücumları zamanı Azərbaycan şəhərlərinin, o cümlədən Təbrizin də hədəfə alınması Cənubi Azərbaycan türklərinin vəziyyətini ön plana çıxardı. Artıq indidən həm Təbrizdə, həm də Bakıda Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı ümid tumurcuqları cücərir. Bu, yaxşı haldır, lakin nəticənin gözlənilən kimi olacağı böyük bir sual altındadır. Hazırkı durumda bu, sadəcə mümkün deyil. Qəribəsi odur ki, bəzi ictimai fəallar və siyasi şərhçilər də sadəlövhcəsinə bu ümidlərə inanır.

Lakin reallıq başqadır. Reallıq budur ki, ABŞ və Qərb dövlətləri üçün İranın zəifləməsi prioritetdir, amma parçalanması və bölünməsi arzuolunan deyil. Bunun əsas səbəbi Yaxın Şərqdə strateji sabitliyin pozulması riskidir. İranın dağılması regionda xaos yaradaraq neft və enerji bazarlarında kəskin dalğalanmalara səbəb ola bilər, bu isə qlobal iqtisadiyyat üçün təhlükəlidir. Həmçinin, İranın parçalanması bölgədə Türkiyə, Rusiya və Çinin nüfuzunun artmasına yol aça bilər ki, bu da Qərbin maraqlarına ziddir.

Eyni zamanda, separatizmin güclənməsi regiondakı digər çoxmillətli dövlətlər üçün də təhdid yarada bilər. ABŞ İraq və Əfqanıstan təcrübəsindən dərs alaraq bilir ki, rejimin tam süqutu nəzarətsiz güclərin ortaya çıxmasına və uzunmüddətli xaosa səbəb olur. Bu baxımdan Qərbin məqsədi İranın daxilində rejim dəyişikliyi həyata keçirmək, amma ölkənin bütövlüyünü qorumaqdır.

Beləliklə, həm nüvə proqramı dayandırıla bilər, həm də İran Qərbin təsir edə biləcəyi daha “praqmatik” bir rejimlə idarə olunar. Yəni, Qərbin marağı zəif, lakin parçalanmamış, idarəolunan bir İran modelidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 İyun 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri