Icma.az
close
up
RU
Dilbər bibimlə Dilbar mamamla bayram görüşümüz

Dilbər bibimlə Dilbar mamamla bayram görüşümüz

Icma.az, 525.az saytına istinadən bildirir.

Seyfəddin HÜSEYNLİ
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru

...Ortayaşlılığım xarakterik duyğularla gəlib, elə normativ sayılası davranışlarla da keçir. Bunu o qədər istəməsəm də, baxıram ki, başım bugünümdən azca ayazıyan kimi fikrim-meylim sabahımdan çox dünənimə yönəlir. Olacaqların dumanında azıb-itməmək üçün olmuşlara sığınır, xatirələrimi diri, yaddaşımı aydın-ayıq saxlamağa çalışıram. Gözlərim gələcəkdən artıq keçmişə dikilir: birincidə ehtimalların təlaşı, ikincidə dəyişilməzliyin rahatlığı var çünki. Qorxmağa dəyməz: görünür, 50-nin bircə addımlığında bunlar hamısı olan işdir...

8 Martda Dilbər bibimin - bizə behiştlik nənəmdən yadigar olan istəkli Dilbar mamamın ziyarətinə gedib hüzurunda bayramını təbrik elədim...

Onu kitab dilincə, standart üslubca "Dilbər bibi" kimi tanıtmaq - ən azı mənim aləmimdə - hələ nəsə demək deyil. Bu ifadədə bəlli bir soyuqluq, yetməzlik var. Ancaq öz tərəflərimizcə, öyrəşdiyimiz üzrə "Dilbar mama" deyəndə aramızdakı müstəsna doğmalığın, ünsiyyətdən duyduğumuz hərarətin, ona xas şəfqət və əzəmətin miqyasını, sanbalını dilə gətirib çatdırmaq olur...

Yenə qapını üzümə özü açdı, yalnız onun göstərə biləcəyi nəvazişlə, dadlı salamlamayla qarşıladı. Körpəliyimdən qulaq yaddaşıma hopmuş munis kəlmələr ruhumda uyuyan mehr dalğalarını oyadıb şahə qaldırdı.

İkimiz üçün də bayram üstünə bayram gəlmişdi. Alqışlı, xeyirdualı dodaqlarıyla öpdükcə öpdü, şəfqətli əlləriylə hey oxşadı məni. Özüylə adaşı - sonbeşik nəvəsi arasında oturtdu, həmin anı fürsət bilib ürəyimdə ülvi bir arzu da tutdum...

Çeşidli ləziz mürəbbələrindən dadıb, can dərmanı çayından içə-içə saatlar boyu söhbətləşdik. Əlbəttə, daha çox o danışdı, mən dinlədim, suallar verdim: yaddaş-xatirə xəzinəsindən, duyğu-düşüncə saxlancından zehnimə, könlümə yenə də misilsiz töhfələr, ələdüşməz nemətlər ötürdü.

Özü demiş, Köhnə Arvaddır Dilbar mamam. Təbii ki, məsələ təkcə 1942-ci il təvəllüdlü olması deyil. Ultraliberalist-psevdofeminist zehniyyət inciyərsə, incisin, amma Köhnə Arvad - bu məqamda, Dilbar mamamın nümunəsində - yüksək keyfiyyət nişanı, üstün səviyyə göstəricisidir.

Bir vaxtlar qıtlığın, müşkülün aşağı həddini də görüb, sonralar və indi varın-imkanın, ixtiyaratın yuxarı yerini də. Dünyanın cürbəcür şəklinə-cilvəsinə, zamanın, insanların min cür halına şahid olub. Ömrünün saysız eniş-yoxuşunda dəfələrlə bərkə-boşa düşüb. Çox zəhmətə qatlaşıbsa, bol da bəhrəsini alıb. Nisgil-qüssə yeyibsə, göz-könül dolusu şadlıq-fərəh də dadıb. Amma bunların heç biri bu xan-sultan ruhlu qadının vüqarından, ləyaqətindən bircə qəlpə qoparıb aparmadığı kimi, onun nəcib təbiətinə zərrəcə təkəbbür, ucuz-yersiz qürur da gətirməyib. Halallığı, qoçaqlığı, məğrurluğu, comərdliyi, qayğıkeşliyi, xanımyana təmkini Dilbar mamama həm qüvvət, həm zinət verib.

Bu 83 yaşında da elə öz hal-xasiyyətində, 45 ildən bərisini xatırladığım məxsusi tərzindədir Dilbar mamam: üz-gözünün könül isidən nuru, dilinin-qəlbinin ruha məlhəm duası-alqışı, halal süfrəsinin tükənməz bərəkəti ilə! Uşaqlıqdan bizi gah sevindirib könlümüzü açan o xoş-həlim, gah da irili-xırdalı xətalardan çəkindirən zabitəli, amma hər bir halda gur-qəltanlı səsi yenə həmişəki təsirində-hökmündədir. Şadlananda da, acıqlananda da rəhmətlik Əzət nənəmi çox-çox xatırladan əziz ədaları, doğmalıq qoxuyan ilıq, təravətli nəfəsi də öz yerində...

Allah bu layiqli ömrünə daha da bərəkət versin, canın-başın beləcə sağlam qalsın, gözəl bibim - ağbirçəyim! İşığın da, kölgən də həm evindən, həm başımızın üstündən hələ uzun zaman çəkilməsin, Dilbar mama!

...Çox zaman hafizəmiz üçün əşyalardan, məkanlardan, qoxulardan mədəd umur, onları xatiratımıza söykək tuturuq. Halbuki yaddaşımızın ən etibarlı mənbələri, ən məhrəm pasibanları ortaq keçmişimiz olan insanlardır: qollarımızı uzatsaq, çiyinlərini qucaqlayacağımız, barmaqlarımızı açsaq, yanaqlarını, saçlarını oxşayacağımız insanlar!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri