Icma.az
close
up
RU
Laçın Qarabağımızın gözəl dilbər köşələrindən biridir POLİTOLOQ FİKRİ

Laçın Qarabağımızın gözəl dilbər köşələrindən biridir POLİTOLOQ FİKRİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Laçın rayonu Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir. 2022-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti bəyan etmişdi ki, Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır. Bu bəyanatdan sonra görülən tədbirlər nəticəsində 2023-cü ilin aprelin 23-də Laçın yolunda Azərbaycan tərəfindən rəsmi olaraq nəzarət-buraxılış məntəqəsi qurulmuşdur. Bununla da Ermənistan tərəfindən dəstəklənən separatçı qüvvələrin bölgəyə maneəsiz hərəkətinə son qoyulmuş, qeyri-qanuni silah daşımalarının və qanunsuz silahlı dəstələrin fəaliyyətinin qarşısı alınmışdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Laçın da həm də Qarabağımızın gözəl- dilbər köşələrindən biridir. Ona görə də Azərbaycan Prezidenti Qarabağın hər bir bölgəsində olduğu kimi, Laçına da xüsusi diqqət yetirir. Ona görə də orada Azərbaycan Prezidenti Laçında olan İpək fabrikinin açılışında, Ayaqqabı Fabrikinin filanının açılışında, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Məsələsinin açılışında, Laçın Kanal Yolunun təməlqoyma məsələsində və Laçın Bəylik kəndinin açılışında iştirak edib.

Bu kənd yenidən inşa edilib. Yeni tikilmiş bu kəndə 90 ailənin köçürülməsi nəzərdə tutulur. Ümumilikdə isə 360 nəfərdən ibarət ailələrin mərhələli şəkildə köçürülməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Laçın Aeroportu beynəlxalq aeroport statusu almış və burada artıq ilk uçuşlar həyata keçirilmişdir. Bu fakt bir daha Laçının Azərbaycan üçün strateji əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə Laçın rayonunda olub, burada inşa edilmiş kəndlərin, şəhərin özündəki ictimai binaların və obyektlərin açılışında şəxsən iştirak edib və bu layihələrə birbaşa nəzarət edib. Eyni zamanda Prezident tərəfindən tikilən binaların, fərdi yaşayış evlərinin və infrastruktur obyektlərinin keyfiyyətli və dayanıqlı olması xüsusi qeyd olunmuşdur.

Ona görə də işçilər yaxşı bilirlər ki, Prezident yüksək tələbkarlığı ilə seçilir. Dövlət məmurları da bu məsuliyyəti dərk edərək, öz fəaliyyətlərinə ciddi yanaşır və işlərini daha məsuliyyətlə yerinə yetirirlər. Bu da, bir daha qeyd etmək lazımdır ki, Prezidentin xalqla birlikdə əldə etdiyi böyük nailiyyətdir. Bu gün Azərbaycanda xalq öz lideri ətrafında sıx birləşmişdir və məhz buna görə də Prezident əlindən gələn bütün müsbət təşəbbüsləri və faydalı işləri həyata keçirməyə çalışır ki, xalqa dəstək göstərsin. Dövlət büdcəsinin əsas istiqamətlərindən biri məhz sosial yönümlü xərclərdir. Bu da onu göstərir ki, Prezidentin əsas məqsədi xalqının rifah halının yaxşılaşdırılması və sosial təminatının möhkəmləndirilməsidir"- deyə politoloq qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 May 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri