Icma.az
close
up
RU
Dilçilik İnstitutunda Azərbaycan dili ilə bağlı ictimai müzakirə keçirildi FOTO

Dilçilik İnstitutunda Azərbaycan dili ilə bağlı ictimai müzakirə keçirildi FOTO

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitunda Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbiri Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri və layihənin rəhbəri Xanoğlan Əhmədov açaraq layihənin məqsədi barədə məlumat verib. Onun bildirdiyinə görə, layihənin məqsədi Azərbaycan dilinin qorunması, inkişafı və düzgün istifadəsinin təşviqinə yönəlib: “Dilimiz həm dövlətçilik, həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Onun qorunması hər bir vətəndaşın milli borcudur”.

Sonra mövzu ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov məruzə edib. O, məruzəsində layihə çərçivəsində aparılan monitorinqlərin nəticələri barədə danışıb. Bildirib ki, mediada, sosial şəbəkələrdə və reklamlarda əcnəbi sözlərin həddindən artıq istifadəsi dilin zənginliyinə zərər vurur. Məruzəçinin fikrincə, bu vəziyyət dil mədəniyyətinə və milli-mədəni dəyərlərə ziddir.

M.Rəhimov məruzəsində bir sıra məsələlərlə yanaşı mağaza adlarında, obyekt lövhələrində və reklam bannerlərində əcnəbi söz və ifadələrdən geniş istifadənin yaxşı hal olmadığını qeyd edib. Onun fikrincə, bu cür neqativ

halların artması Azərbaycan dilinin ictimai məkanlarda təhrif olunmasına və milli terminoloji bazanın zəifləməsinə səbəb olur. Məruzəçi son illər valideynlərin uşaqlarına qeyri-ənənəvi, Azərbaycan dilində yad səslənən adlar qoymasını dilimizin saflığına və milli-mədəni dəyərlərin yaşadılmasına zərbə vurmaq kimi qiymətləndirib.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutun direktoru, professor Nadir Məmmədli ictimai müzakirələrin əhəmiyyətinə toxunaraq qeyd edib: “Dilimizin təbliği və qorunması yalnız dilçilərin deyil, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyətidir. Dövlət qurumları və ictimaiyyət bu məsələdə fəal olmalıdır. Biz Dilçilik İnstitutu olaraq bu cür təşəbbüsləri hər zaman dəstəkləyirik. Bu kimi təşəbbüslərin Azərbaycan dilinin qorunması və ictimai şüurda dil məsuliyyətinin formalaşdırılması baxımından mühüm rol oynayır”.

“Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqova isə alınma terminlərin geniş istifadəsinin yaratdığı problemlərdən bəhs edib. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının diqqət mərkəzindədir və bir çox sahələr üzrə alternativ qarşılıqlar müəyyən edilib:
“Sosial şəbəkələrdə və gündəlik istifadədə milli qarşılıqlara üstünlük verilməlidir. Alınma sözlər yalnız elmi-texniki kontekstdə zəruri ola bilər”.

Tədbirdə həmçinin Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov və “Toponimika” şöbəsinin müdiri, dosent Elçin İsmayılov da çıxış edərək, bu sahədəki təşəbbüslərin davamlılığının vacibliyini vurğulayıb, dil pozuntularına qarşı mübarizə yolları barədə təkliflər irəli sürüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2011

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see124

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see123

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see119

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri