Icma.az
close
up
RU
Manatla bağlı vəziyyət kəskin dəyişdi Dolların taleyi…

Manatla bağlı vəziyyət kəskin dəyişdi Dolların taleyi…

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın valyuta bazarında son aylarda maraqlı tendensiya müşahidə olunur. Əhali dollar almaqdan çox satmağa başlayıb. Bu, insanların manata olan inamının artdığını və dolların mövqeyinin nisbətən zəiflədiyini göstərir.

Bu tendensiya davam etsə, bazarda dolların qiymətində azalma mümkündürmü?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, insanlar dolları xırdalayıb yerli valyutaya çevirməyə üstünlük verirlər:

“Son dövrlərdə bəzi şəxslər qeyri-peşəkar proqnozlar verərək vətəndaşlar arasında əsassız ajiotaj yaradıb, onları dollar almağa təşviq edirdilər. İqtisadi və maliyyə savadı zəif olanlar isə belə panikaya asanlıqla qapılır və kütləvi şəkildə banklara axın edir, pullarını dollara çevirirdilər. Hətta nəticədə banklar dollar alışını şəxsiyyət vəsiqəsi ilə məhdudlaşdırmaq qərarına gəldilər və valyuta alan şəxslər barədə müəyyən qeydlər aparmağa başladılar. Lakin vətəndaşlar bilməlidirlər ki, hazırda dolların bahalaşması üçün real iqtisadi əsas yoxdur. Devalvasiyanın olması üçün neft qiymətlərinin kəskin enməsi və ölkəyə daxil olan gəlirlərin azalması kimi amillər lazımdır. Halbuki indi durum tam əksinədir. Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı artıb, bu da ölkəyə daxil olan xarici valyutanın həcminin çoxalmasına səbəb olub. Neftin qiymətində ciddi azalma müşahidə edilmir, dövlət büdcəsində isə profisit (artıq gəlir) yaranıb. Belə şəraitdə dolların məzənnəsinin yüksəlməsi üçün heç bir iqtisadi zəmin yoxdur”.

Günay Hüseynova

İqtisadçının fikrincə, dollara tələbin azalmasının əsas səbəbi vətəndaşların maariflənməsidir:

“Artıq insanlar anlayırlar ki, dövlətin valyuta ehtiyatları kifayət qədərdir və bu, manatın sabitliyini qorumağa, devalvasiyanın qarşısını almağa imkan verir. Digər tərəfdən, son bir ildə qızılın qiyməti dünya bazarında rekord səviyyəyə çatıb. Buna görə də, sərbəst vəsaiti olan şəxslər investisiyalarını dollara deyil, daha gəlirli sayılan qızıla yönəldirlər. Oxşar vəziyyət daşınmaz əmlak bazarında da müşahidə olunur. Belə ki, son bir ildə bu sektorda da kəskin qiymət artımı baş verib və bir çox vətəndaş sərmayəsini həmin istiqamətə yönəldib. Dolların məzənnəsi sabit qalsa da, digər valyutalarda məsələn, avroda müəyyən dövrlərdə həm yüksəliş, həm də eniş müşahidə olunur. Bu da bazara təsir edən amillər sırasındadır. Yəni vətəndaşlar dollara əvvəlki kimi “etibarlı investisiya vasitəsi” kimi baxmırlar. Əvəzində beynəlxalq fond birjalarına çıxaraq kriptovalyutalara və ya digər maliyyə alətlərinə yatırım etməyi daha məqsədəuyğun hesab edirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri