Icma.az
close
up
RU
Dillər Universitetinin Konfutsi İnstitutu Çin kitab sərgisinin açılışında iştirak edib

Dillər Universitetinin Konfutsi İnstitutu Çin kitab sərgisinin açılışında iştirak edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun müəllim və tələbələri 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış Şərqi Çin Normal Universiteti Nəşriyyatının təşkil etdiyi kitab təqdimatında iştirak ediblər.

Konfutsi İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, “Ailə və ölkənin birləşməsi” adlı Çin kitab sərgisini açan Çinin ölkəmizdəki səfirliyinin müşaviri Din Tao bildirib ki, bu kitab sərgisi Çin xalqının sülh və dostluq, Azərbaycan-Çin mədəni əlaqələrinin genişləndirilməsi təşəbbüsünü ifadə edir, ailəyə, vətənə sevgisini göstərir.

ADU-nun tələbələri ənənəvi Çin rəqsləri və mahnılarından ibarət rəngarəng konsert proqramı ilə çıxış ediblər. Tədbirdə, həmçinin məşhur Çin yazıçısı və rəssamı Fen Zikayın ilk komikslərinin nəşrinin 100 illiyinə həsr olunmuş retrospektiv sərgi də nümayiş olunub.

Şərqi Çin Normal Universiteti Nəşriyyatının Beynəlxalq Departamentinin direktoru Xia Haihan tanınmış esselər, karikaturlar və uşaq cizgi filmləri kolleksiyalarının müəllifi, Çin komiks sənətinin qabaqcıllarından olan Fen Zikaynin həyat və yaradıcılığından danışıb.

Qeyd olunub ki, Fen Zikayın hərbi mövzulu karikaturları Çin xalqının vətəninin müdafiəsi əzmini və dönməz ruhunu əks etdirir.

“Fen Zikayın karikaturlar” sərgisində rəssamın nəvəsi Yan Çaoyin toplaşanlara sülh və firavanlıq arzularını çatdıran videomüraciəti də nümayiş olunub.

Sonda ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Heyvanlar kolleksiyası”, “Ata rəsmləri” və “Fen Zikayın Dərsləri” adlı xatirə kitablarının hədiyyə verildiynə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Konfutsi İnstitutunun kitabxanasında Çin, Azərbaycan və ingilis dillərində 3000 kitab və multimedia materialları var. Burada siyasət, mədəniyyət, tarix, coğrafiya, incəsənət və fəlsəfəyə dair geniş çeşidli nəşrlər, həmçinin Çin dilində lüğətlər, bədii ədəbiyyat və tədris ədəbiyyatı da mövcuddur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri