Icma.az
close
up
RU
Dillərdə dastan olan qəhrəmanlıq

Dillərdə dastan olan qəhrəmanlıq

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Zəfər şəhid Təbriz Talıbovun 32 yaşı tamam oldu
Qarabağımızın azadlığı uğrunda gedən 44 günlük müharibədə canı, qanı bahasına torpağını qoruyub şəhidlik zirvəsinə ucalan Vətənin igid övladlardan biri də 1994-cu ildə Lerik rayonunun Ləkər kəndində dünyaya göz açmış Təbriz Məhərrəməli oğlu Talıbovdur.
El-obaya bağlılıq, vətənpərvərlik, xalqına fayda vermək əzmi əzəldən Talıbovların həyat kredosuna çevrilib. Buna görə də yaşadığı cəmiyyət tərəfindən ailənin hər üzvü həmişə dərin məhəbbətlə, ehtiramla qarşılanır. Belə bir saf mühitdə tərbiyə alan Təbriz müstəqil ömür yoluna başlayanda içindəki torpaq yanğısı, yurd təəssübkeşliyi ötüb keçən hər gününə ilahi bir sevgi gətirir. Nəyə əl qoyursa, hər şey gözəl alınır. Günlər bir-birindən mənalı keçsə də, erməni dığalarının Qarabağ torpaqlarına ədalətsiz təcavüzü Təbrizə çox ağır gəlir.
Bəli, öz yaşıdlarından fərqli düşünən, yaşayan, Vətənini hər şeydən üstün bilən Təbriz elə həqiqi hərbi xidmətə də düşməndən qisas almaq məqsədilə gedir. Cəbhə bölgəsində xidmətə başlayır. Odlar yurdu Azərbaycanın müdafiəsi naminə hərbi əməliyyatlarında öz fəallığı, cəsarətilə fərqlənir, Vətən qarşısında oğulluq borcunu ləyaqətlə yerinə yetirir. Və yurdunun daşını, torpağını sevməklə hər an ona qurban getməyə hazır durur, düşməndən qisas alınan gününü gözləyir.
Təbriz həqiqi xidmətdən sonra bir müddət ata-anasına kömək edir. Doğma kəndinin tərəqqisinə yalnız xeyir verir, hər bir işdə mərdlik, insanpərvərlik, xeyirxahlıq nümunəsi göstərir. Qaldı ki, Qarabağın ağrı-acısına dözə bilmir, 2015-ci ildə yenidən müddətdən artıq xidmətə gedir. Çavuş rütbəsində yurdunun hər qarışına can qoyur, öz igidliyi ilə əsgərlər arasında ruh yüksəkliyi yaradır, onlarda vətənə, torpağa məhəbbət hissi aşılayır. Məqamında dığalara yerini göstərmək üçün hərbi bilik və bacarığını artırır. 2016-ci ilin Aprel döyüşlərində çoxsaylı qəhrəmanlıq nümunəsi göstərir, onun kimi igidlərin hesabına ordumuz düşmənə qalib gəlir, kiçik gizir rütbəsinə layiq görülür.
Ötən ilin sentyabrında Qarabağın azadlığı naminə Vətən müharibəsinə Təbriz birincilər sırasında qoşulur. İlk günlərdə yağı düşmənə böyük itkilər də verir. Ağdamın, Cəbrayılın, Zəngilanın azad olmasında ağır müharibə meydanından keçir, hər dəfə də qəhrəmanlığı əsgər yoldaşlarını qələbəyə doğru aparır. Döyüşdə düşmənə sarsıdıcı zərbələr vurduqca, əzəli-əbədi doğma Azərbaycan torpaqları azad olunduqca ürəyi dağa dönür, daha irəliyə can atır. Oktyabrin 23-də döyüş meydanından qaçan namərd erməni dığaları fürsətdən istifadə edib Təbrizin Vətən məhəbbətli ürəyini nişan ala bilir. Beləcə, şərəfli bir ölüm onu öz ağuşuna alır. Vətən yolunda şəhid olan Təbriz xalqın qəlbində əbədi məskən salmaqla, adını hərb tarixinin salnaməsinə qızıl hərflərlə yazır...
Təbrizin Mələk, Kifayət adında iki qız əmanəti vardır. Həyatın ən ləyaqətli vətəndaşı olmaqla onlar ömür boyu ataları ilə fəxr edəcək və onun misilsiz hünərinə verilən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medallarına baxıb qürur duyacaqlar.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyun 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri