Icma.az
close
up
RU
Şöhrəti dillərdə dolaşan igid

Şöhrəti dillərdə dolaşan igid

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onunla mən bir neçə il fərqi ilə eyni məktəbdə oxumuşuq – Sumqayıtdakı 17 nömrəli tam orta məktəbdə. Bəlkə də haçansa üz-üzə gəlmişik, bilmirəm. Amma onun hərbi libasda Ali Baş Komandanla görüşdüyü anın əbədiləşdirildiyi şəkilə baxanda üz cizgiləri mənə çox tanış gəldi, ən azından, munis duyğular yaratdı. Sandım ki, Ramizi çoxdan tanıyıram.

Tərcümeyi-halından sətirlər: Əslən Masallıdan olan Ramiz Cəfərov 10 dekabr 1974-cü ildə Donetsk vilayətinin Makeyevka şəhərində anadan olub. Sonradan Sumqayıta köçüblər. Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyi və Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbini bitirib. Nümunəvi zabit kimi Vətənə xidmət edib. XTQ-də komandir müavini olub. Məlum Aprel döyüşlərində fərqlənib. Vətən müharibəsində əsl zabit dəyanəti göstərib. 2020-ci il noyabrın 6-da Şuşa yaxınlığında qəhrəmancasına həlak olub. Paytaxtdakı İkinci Şəhidlər xiyabanında (Hərbi Memorial Məzarlıqda) torpağa tapşırılıb.

“Zəfər Yürüşü”ndə Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa uğrunda şanlı savaşları ilə tarix yazan Ramiz Cəfərov mənsub olduğu xüsusi təyinatlılar arasında “Qara Qartal” ləqəbi ilə tanınırdı. Qıy vurub düşmən üzərinə şığıması silahdaşlarını ruhlandırır, qəfil hücumları ilə işğalçılara, sözün əsl mənasında, qan uddururdu. Ən böyük arzusu Şuşaya qalxmaq, Cıdır düzündə gəzmək, qoşa minarəli məscidi ziyarət etmək idi. Özü o yolu qət edə bilməsə də, Milli Ordumuza yol açan öncüllərdən oldu Ramiz.

Bakıdakı Azadlıq Meydanında ilk Qələbə paradı keçirilən gün şəhid polkovnik-leytenant Ramiz Cəfərovun 46 yaşı tamam olurdu. Bu ərəfədə – 1 gün öncə o, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdü. Bir ay əvvəl isə Şuşaya Qələbə bayrağımız sancılmış, Müzəffər Ali Baş Komandanımız qürurla: “Əziz Şuşa, sən azadsan!” demişdi.

İnişil isə Zəfər Günü ərəfəsində “İRƏLİ” İctimai Birliyinin təşəbbüsü və Nizami Kino Mərkəzinin təşkilati dəstəyi ilə qəhrəman Ramiz Cəfərovun döyüş yolundan və şücaətindən bəhs edən “Ömür vəfa etsəydi” filminin nümayişi keçirilirdi. Hər kəs gözünü ekrandan çəkmədən Ramizin hünər hekayəsini hədsiz maraqla izləyirdi. Bir vaxtlar AzTV-də çiyin-çiyinə çalışdığım istedadlı rejissor Taleh İsmayılovun müəllifi olduğu filmdə onun silahdaşları ilə birgə düşmən texnikasını sıradan çıxarması və erməni quldurlarını amansızcasına məhv etməsi səhnələrinə həyəcansız baxmaq olmurdu... Budur, bədxah ermənilər ağır məğlubiyyətdən sonra sovet texnikası ilə “revanş” hücumuna keçirlər. Amma Ramizin döyüş yoldaşları ilə birgə qurduğu plan onlar üçün çox gözlənilməz olur. İki qumbara partlayışından sonra düşmən yaraqlıları silahlarını hansı tərəfə tuşlayacaqlarını müəyyənləşdirənədək Ramizgil bütöv bir quldur dəstəsini məhv edirlər...

Ölməz qəhrəmanın həyat yoldaşı Sitarə Vaqif qızı deyir:

– Ramiz düz 28 il hərbi geyimdə Vətənə qulluq etdi. Elə ona çox yaraşan həmin libasda da şəhadətə ucaldı. Mən bunu gözləyirdim, odur ki, acı xəbəri təmkinlə qarşıladım. Bilirdim ki, daim irəliyə can atan, kəşfiyyata hər gedəndə ölümü göz önünə alan Ramiz bir gün cənnət quşuna dönərək uçub gedə bilər. Elə də oldu. “Şəhidlər ölmür, ölməyənə ağlamazlar” – deyiblər. Mən də ağlamıram, Ramizin yadigarları olan 5 övladımı – Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında 4 qızımızı, Nurlan adında oğlumuzu böyüdə-böyüdə, həyatda inamla addımlamağa hazırlayaraq, şəhid ömür-gün dostuma dualar edir, onun adı ilə qürur duyuram.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri