Icma.az
close
up
RU
Qəhrəmanlığı dillərdə dastan olan Kənan FOTO

Qəhrəmanlığı dillərdə dastan olan Kənan FOTO

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəhid Kənan Axundzadənin 32 yaş münasibətilə

İndi Lənkəranın Girdəni kəndində hamı Kənan Hamil oğlu Axundzadənin adını böyük hörmət və iftixarla çəkir. Bu da səbəbsiz deyil. Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan İkinci Qarabağ müharibəsində o, qəhrəmancasına şəhid olub.

Şərəfli ölümü millətinə başucalığı gətirən Kənan Vətənini yaşatmaqla ürəklərdə özünə əzəmətli abidə ucaldıb. Həm də ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azadlığına görə medallar onun qalxdığı zirvəyə daha bir əzəmət qatıb.

Düşmənə nifrət hissi ilə boy atan Kənan Axundzadə 2012-ci ildə kənd orta məktəbi bitirəndə səhhətində yaranmış problemə görə onu əsgərliyə aparmaq istəmirlər. Qaldı ki, Vətən, torpaq sevdalı gənc bununla barışmır. Axı, canına yağı dadanmış yurdunun taleyi onu çox narahat edirdi. Kənan öz üzəridə çalışmaqla sağlamlığını tam bərpa edib yenidən hərbi komissarlığına gedir. Arzusu yerinə yetirilir. Özü də cəbhə bölgəsində, düşmənlə üz-üzə doğma Azərbaycanın keşiyində durur. Vətən yolunda sinəsini hər an sipər etməyə hazır olan cəsur əsgərin nümunəvi xidməti, mərdliyi, dosta sədaqəti, yurd eşqi həmişə ona hörmət, ehtiram qazandırır. Olduqca vicdanlı, qeyrətli gəncin ürəyində əsas istəyi nəyin bahasına olursa-olsun əzəli yurd yerimiz, cənnət məkan Qarabağı tezliklə mənfur düşmənin tapdağından azad görmək olur. Dığaları döyüş meydanında məhv etmək üçün komandirlərin bütün tapşırıqlarını vaxtında yerinə yetirir, hərbi təlimlərdə fərqlənir. Belə bir vaxtda atası dünyasını dəyişir. Buna baxmayaraq Vətənini canından əziz tutan Kənanın daxili mənliyi, iradəsi əsgəri borcunu üzüağ başa vurmasında ona güc verir.

Kənan Axundzadə əsgərlikdən sonra doğma kəndinə qayıdır. Burada hamı ona əsl övlad məhəbbəti göstərir. Ailənin bütün qayğılarını öz üzərinə götürür. Düz amalı, təmiz əməli ailəyə xeyir-bərəkət gətirir. Gecə-gündüz çalışır ki, anası atasının yoxluğunu hiss etməsin. Ailə vəziyyətini düzəltməklə bərabər, savab əməllərdən qalmır, el-obası üçün dəyərli işlər görür. Evdəki problemləri yola qoyduqdan sonra düşməndən alacağı öcə görə 2020-ci ilin avqust ayında müddətdən artıq hərbi xidmət keçmək məqsədilə yenidən orduya yazılır və məqamı gələndə dığalardan döyüş meydanında uzun illər arzuladığı qisasını alacağına and içir.

İkinci Qarabağ müharibəsi başlanan kimi andına sadiq qalan Kənan Axundzadə bir-birindən ağır, çətin müharibə meydanlarında mərdliklə döyüşür. Hər dəfə erməni dığalarına vurduğu sarsıdıcı zərbələrlə yadda qalır. Qarabağ torpaqların çox hissəsində qələbə bayrağımızı taxanların həmişə önündə gedir. Oktyabrın ayının 30-u başlanan qeyri-bərabər döyüşün ən qızğın vaxtında igid əsgər Kənan səngərdən çıxıb qartal tək düşmənin üstünə şığıyır. Xeyli sayda dığanı o dünyalıq edir. Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sağ çiyin nahiyəsindən və sinəsindən güllə yarası alır. Vətənə can borcunu şərəflə ödəməklə əbədiyyət adlı dünyasına qovuşur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri