Icma.az
close
up
RU
DİM apellyasiya komissiyası YARADIR

DİM apellyasiya komissiyası YARADIR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Təsviri sənət istiqamətinin Təsviri incəsənət müəllimliyi (13) komissiyası üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 iyul 2025-ci il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə nömrəsinə zəng olunacaq.

Bu barədə “Cebheinfo.az”-a DİM-dən məlumat verilib.

Bildirilib ki, apellyasiya komissiyasına müraciət etmək istəyənlər 21 iyul saat 10:00-dan 22 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. 

Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir.
Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı və ya 13-cü komissiya ilə bağlı müraciət olmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır, onun üçün apellyasiya prosesi təşkil olunmur.

Əvvəlki illərin təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların əhəmiyyətli bir hissəsi qiymətin yenidən araşdırılması ilə bağlı komissiyaya müraciət etsələr də, ünsiyyət zamanı qiymətlərindən razı olduqlarını bildirir, komissiya üzvlərindən bu və ya digər səbəblə əlaqədar onlara güzəşt edilməsini xahiş edirlər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmır. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir.

Muraciətlərə telefon əlaqəsi vasitəsilə baxılır. Bir abituriyentin müraciəti üzrə 10 dəqiqə müzakirə aparılması nəzərdə tutulub. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Elektron ərizələrindəki əlaqə nömrəsi aktiv olmadıqda, daxil olan zəngə cavab verilmədikdə müraciətə abituriyentin iştirakı olmadan baxılır. Əlaqə yaradılmasından imtina edən abituriyentlər üçün ikinci dəfə komissiya yaradılması nəzərdə tutulmur.

Qeyd edək ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə namizədlərin komissiya üzvləri ilə danışığının səsyazısı aparılır.

Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı günlərdə imtahan keçirilən binada təşkil edilir.
Apellyasiyanın tarixi, saatı və apellyasiyası təşkil edilən komissiya, fənn barədə məlumat DİM-in rəsmi saytında (həm xəbər kimi, həm də qabiliyyət imtahanları ilə bağlı təqvimdə), imtahan binasının girişində vurulmuş elanda verilir.Qeyd edək ki, müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə yalnız elan edilən tarixdə apellyasiya müraciətləri qəbul olunur.

Nigar
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri