DİM ədliyyə orqanlarına imtahan vermək istəyənlərə müraciət etdi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərə müraciət edib.
Modern.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər:
//exidmet.dim.gov.az/elimt/JusticeTest
Test imtahanı 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















