Icma.az
close
up
RU
DİM in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

DİM in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanını həm BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimi ilə eyni tarixdə olması, həm də əlverişsiz hava şəraiti səbəbindən 14 iyun tarixində təkrar təşkil edəcək. İmtahan tarixinin beynəlxalq miqyaslı forumla eyni günə salınması isə haqlı narazılıqlara səbəb oldu.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov 17 mayda keçirilən magistraturaya qəbul imtahanlarının təkrar təşkil olunmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, qurumlararası koordinasiyanın zəifliyi belə nəticəyə gətirib çıxardı:

“WUF13 kimi qlobal miqyaslı tədbirin tarixi və logistika planları daha öncədən rəsmi şəkildə təsdiqlənir. Bununla bağlı təkcə dövlət qurumları deyil, vətəndaşlar da məlumatlı olur. Xüsusilə imtahan təşkil edən DİM-in bu tarixi nəzərə almaması strateji planlama və qurumlararası koordinasiyanın zəif olduğunu göstərir.

Bakıda eyni gündə həm minlərlə xarici qonağın hərəkəti, həm də üç mindən çox tələbənin imtahan binalarına axınının nəqliyyat sistemində sıxlığa səbəb olacağı əvvəlcədən bəlli idi. Üstəlik gözlənilməz hava şəraiti də mövcud vəziyyəti daha da çətinləşdirdi. Ancaq DİM bütün prosesi öncədən analiz edərək imtahan vaxtını əvvələ və ya sonraya təyin edib, yarana biləcək bütün riskləri azalda bilərdi.

Eyni zamanda, hər bir kütləvi imtahanın təşkili, binaların icarəsi, imtahan rəhbərləri və nəzarətçilərin qonorarı, imtahan vərəqlərinin çapı və s. kimi məsələlər böyük maliyyə vəsaiti tələb edir. Bununla da dövlət vəsaiti və resurslar qismən səmərəsiz xərclənmiş oldu. Təsəvvür edin, 14 iyunda keçirilməsi planlaşdırılan imtahan üçün dövlət və ya DİM-in öz büdcəsindən yenidən eyni miqdarda vəsait ayrılacaq. Əgər zamanında düzgün qərar verilsəydi, maliyyə yükü yaranmazdı.

Bundan əlavə, tələbələr aylardır hazırlaşdıqları üçün imtahan günü emosional cəhətdən gərgin olurlar. Hətta tələbələr imtahanda iştirak etsə belə, yollarda qalma və gecikmə qorxusu ilə psixoloji gərginlik yaşayırlar. Bunun tələbəyə verdiyi zərəri kim ölçə bilər? Kim tələbənin imtahan nəticəsinin hansı səbəbdən zəif olduğunu deyə bilər? Burada insan faktorundan söhbət gedir.

Düşünürəm ki, iyun ayında təkrar imtahan vermək şansı yaransa da, bu müddət tələbələrin imtahan stresini uzadır. Hətta onların qəbul planlarını ləngidir. Çünki burada diplom müdafiəsi və hərbi xidmət məsələləri var.

Bir daha qeyd edirəm, imtahan tarixinin öncədən dəyişdirilməsi mümkün və zəruri addım idi. Gələcəkdə bu cür halların təkrarlanmaması üçün ölkədə keçirilən qlobal tədbirlərlə kütləvi imtahanların tarixi arasında inteqrasiya edilmiş vahid sistem qurulmalıdır”.

İ.Orucovun fikrincə, təkrar imtahan hər kəs üçün ödənişsiz keçirilməlidir:

“DİM imtahanda iştirak edə bilməyən və gecikən tələbələrə pulsuz imtahan təşkil edəcək. Digərləri isə 50 AZN ödəməklə yenidən imtahan verə biləcək. Ancaq imtahanda iştirak edən tələbələrdə gecikmə qorxusunun yaratdığı gərginliyin imtahana təsir göstərmədiyini kim sübut edə bilər? Yaxşı olar ki, DİM təkrar imtahanı hər kəs üçün ödənişsiz həyata keçirsin”.

İmtahanın təşkil olunmasına ayrılmış vəsaitin miqdarı ilə bağlı DİM-ə sorğu ünvanlasaq da, suallarımıza cavab ala bilmədik.

Xatırladaq ki, DİM-in verdiyi açıqlamada bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində iyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 May 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri